Ramil Usubov polis zabitini işdən qovdu - SƏBƏB
15-02-2017, 14:30
Oxunub: 3 622
Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub
Bolgexeber.com xəbər verir ki, bakipost.az-a daxil olan məlumata görə, 2017-ci ilin yanvar ayında Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə öz şəxsi avtomobiliylə hərəkət edən Həbib Nuruşov adlı Bakı sakini həmin vaxt ərazidə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Onun idarə etdiyi BMW markalı 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına səbəb isə yol hərəkəti qaydalarını pozması olub. H. Nuruşov ona yaxınlaşan Vüqar Abbasov və Vüsal Nəcəfov adlı polis əməkdaşlarına qaydanı pozduğunu etiraf edib və buna görə cəriməni ödəməyə hazır olduğunu deyib.
Sürücü polislərdən "eyni yol hərəkəti qaydasını məndən əvvəl və sonra pozan sürücüləri hansı səbəbdən saxlamırsınız” sualını verdikdə isə təhqir edilib. Yol polisləri H. Nuruşova vəziyyəti izah etmək əvəzinə, kobud şəkildə "əcəb edirəm, lap gözünü də tökürəm, sözün var? Get kimə istiyirsən de!”, - deyə cavab veriblər.
Həbib Nuruşovun vəkili, hüquq müdafiəçisi Səməd Vəkilov sayta açıqlamasında bildirib ki, bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb. Bundan sonra isə Bakı şəhər Baş Polis İdarəsindən sürücünün müraciətinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, şikayət olunan polis zabitlərini əməlləri araşdırılıb və polis zabitlərindən biri Vüqar Abbasovun işdən azad edilməsiylə bağlı qərar verilib.
Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin polis zabiti ilə bağlı dəfələrlə şikayət edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər