BolgeXeber.Com » Xəbərlər » Kanalizasiya gölündən milyonlar qazananlar yüzlərlə insanı təhlükəyə atırlar - REPORTAJ, VİDEO, FOTOLAR

Kanalizasiya gölündən milyonlar qazananlar yüzlərlə insanı təhlükəyə atırlar - REPORTAJ, VİDEO, FOTOLAR

28-02-2017, 18:39
Oxunub: 3 359 Kanalizasiya gölündən milyonlar qazananlar yüzlərlə insanı təhlükəyə atırlar - REPORTAJ, VİDEO, FOTOLARQaradağın çirkab suları isə bu gölə axır

Kənardan baxanda gözəl bir mənzərənin şahidi olursan. Adama elə gəlir ki, əhali gölün mənzərəsinə vurulub, burada məskən salıb. Bir qədər yaxınlaşdıqda isə“mənzərə” tamamilə dəyişir, havadan xoşagəlməz qoxu gəlir, bataqlıqlar görürsən. Aydın olur ki, bura kanalizasiya sularından yaranan bir göldür.

Qaradağın çirkab suları isə bu gölə axır. Bu ərazidə yaşamaq bir yana, nəfəs almaq belə, çətindir. Üstəgəl bu zonada güclü küləyin də əsməsi vəziyyəti bir qədər də dramatikləşdirir. Belə ki, külək kanalizasiya sularını dalğalandırıb, yaxınlıqdakı evlərin divarına çırpır, özü ilə də üfunət qoxusunu yayır.

Söhbət Aşağı Güzdək qəsəbəsindən gedir. Görünən odur ki, kanalizasiya sularının qoxusu əhalini çıxılmaz duruma salıb. Gölün yaxınlığında yaşayan sakinlərin vəziyyəti isə daha pisdir. Sakinlər bildirdilər ki, ətrafdan gələn üfunət qoxusu və rütubətlilik bir sıra xəstəliklərə də yol açıb. Ən dəhşətlisi odur ki, güclü dalğalar evlərə o qədər sürətlə çırpılır ki, o qədər də möhkəm olmayan, birqat daşdan tikilən evlər silkələnir. Elə çəkiliş zamanı da qəsəbə sakini Sahib Vəliyevin evində bunun şahidi olduq. Ərazidə o qədər güclü külək var idi ki, bayıra çətinliklə çıxmaq olurdu. Göl ətrafında yaşayan sakinlər övladlarını göldən qoruyurlar. Onlar küləyin azyaşlı uşaqları metrlərlə dərinliyi olan gölə atmağından ehtiyat edirlər.

Gölün bir addımlığında yaşayan Sahib Vəliyev deyir ki, burada torpaq alıb, ev tikmək istəyən zaman göl 50 metrə qədər uzaqlıqda olub. Sonradan gölün dərinliyinin səviyyəsi artaraq, evlərinə qədər çatıb: “Əziyyətlə qazandığımı bu evə sərf etmişəm. Kanalizasiya suları bir tərəfə qalsın, güclü külək günümüzü qara edib. İki dəfə evimin damını uçurub. Azyaşlı uşaqlarımla qaçıb, canımızı qurtarmışıq. Həyətimin bir hissəsini artıq su örtüb. Məcburiyyətdən 10 yük maşını daş, torpaq tökmüşəm ki, qarşısını alam. Ancaq faydası olmur. Bir müddətdən sonra ləpələr yuyur. Özünüz də gördüyünüz kimi, küləyin gücündən evimizə çətinliklə giririk. Buna görə də Fövqəladə Hallar Nazirliyi və bələdiyyə gəlib, əraziyə baxış keçiriblər. Suyun qarşısını almaq üçün nasoslar quraşdırdılar. Ancaq bunun da bir faydası olmadı. Bu böyüklükdə gölün nazik borularla çəkilməsinin qarşısını almaq mümkün deyil”.

Adının çəkilməsini istəməyən şəxs gölün ətrafını satan bələdiyyə nümayəndələrinin onları aldatdığını dedi: “Bu ailələrin başına oyun açan bələdiyyə oldu. Maddi durumumuz aşağı səviyyədə olduğundan məcbur qalıb, torpağı almalı oldum. Ancaq buranı alanda göl çox aralıda idi. Heç bizim də ağlımıza gəlməzdi ki, göl bu qədər yaxınlaşar. Qaradağın bütün kanalizasiyası buraya axır. Bütün bunların səbəbkarı bələdiyyə nümayəndələridir. Camaatı aldadıb, ucuz qiymətdən torpaqları satdılar. Bu cür təhlükə ilə qarşılaşacağımız barədə bir şey demədilər. İndi gəlib, vəziyyətimizlə maraqlanmırlar”.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Amma qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

Musavat.com,