Mikayıl Müşfiqin büstünün çıxarılmasına görə 3 nəfər cəzalandırılıb
1-03-2017, 11:13
Oxunub: 2 005
“Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması, həmçinin Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq hazırlanan layihələr əsasında İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraşısı
“Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.
“Azəravtoyol” ASC-dən "Report"a verilən məlumata görə, bununla da öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.
Həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.
"Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə, üzr istəyir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər