BolgeXeber.Com » Xəbərlər » Suriya ordusu Palmiraya daxil olub-VIDEO

Suriya ordusu Palmiraya daxil olub-VIDEO

2-03-2017, 09:46
Oxunub: 1 875 Suriya ordusu Palmiraya daxil olub-VIDEOSuriya hökumət ordusunun bölmələri İŞİD terror qruplaşması tərəfindən ələ keçirilən Palmira şəhərinə daxil olublar

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, ordu şəhərin qərbində bir neçə rayonu nəzarət altına alıb.

2015-ci ilin mayında İŞİD Palmiranı ələ keçirib, 2016-cı ilin martında isə Suriya ordusu Rusiya hərbi aviasiyasının dəstəyi ilə şəhəri azad edib. Ötən ilin dekabrında Palmira yenidən terrorçuların nəzarəti altına keçib.

Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.