BolgeXeber.Com » Xəbərlər » Sadiq Gözəlov DİN-də yeni vəzifəyə təyin edildi

Sadiq Gözəlov DİN-də yeni vəzifəyə təyin edildi

2-03-2017, 15:09
Oxunub: 3 239 Sadiq Gözəlov DİN-də yeni vəzifəyə təyin edildiAzərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb

Xəbərə görə, S.Gözəlov DİN-in Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.
Xatırladaq ki, bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.