BolgeXeber.Com » Xəbərlər » Təhsildə nonses!- cinayət işi açılıb, amma direktor hələ vəzifədədir

Təhsildə nonses!- cinayət işi açılıb, amma direktor hələ vəzifədədir

3-03-2017, 10:08
Oxunub: 1 940 Təhsildə nonses!- cinayət işi açılıb, amma direktor hələ vəzifədədirT.Səfərovanın barəsində cinayət işi açıldığını deyən və 22 saylı orta məktəbdə müəllim işlədiyini bildirən həmin şəxs qeyd edib ki, xanım direktor yüksək səviyyədə himayə edilir

Sumqayıt şəhər 22 saylı orta məktəblə bağlı bir neçə gün öncə şikayət məktubu əsasında yazı dərc etmişdik. Həmin yazıdan sonra redaksiyamızla əlaqə saxlayan və adının çəkilməsini istəməyən şəxs 22 saylı orta məktəbin direktoru Tahirə Səfərova ilə bağlı ilginc məlumatlar verib. Belə ki, T.Səfərovanın barəsində cinayət işi açıldığını deyən və 22 saylı orta məktəbdə müəllim işlədiyini bildirən həmin şəxs qeyd edib ki, xanım direktor yüksək səviyyədə himayə edilir: “Onun haqqında bir neçə ay öncə cinayət işi açılıb, amma hələ də direktor kimi çalışır. Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Sumqayıt Şəhər Təhsil Şöbəsi arasında Tahirə Səfərovaya görə çəkişmə gedir. İcra hakimiyyəti onun çıxarılmasını istəsə də, buna nail ola bilmir. Özü də Tahirə Səfərova 22 saylı məktəbdə hələ direktor kimi təsdiqlənməyib, orada direktoru əvəz edir. Məktəbdə neçə nəfər laborant götürüb işə, kartları da onun cibindədir”. Mənbəmiz onu da qeyd etdi ki, T.Səfərova ilə bağlı açılan cinayət işinin istintaqı müstəntiq Fərman Abdullayev tərəfindən aparılır.

T.Səfərovanın rəhbərlik etdiyi 22 saylı orta məktəbdə yol verilmiş mənimsəmə faktı üzrə cinayət işinin açılmasını AFN-ə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiqlədi. “22 saylı orta məktəbdə yol verilmiş qanun pozuntuları ilə bağlı mənimsəmə maddəsilə Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, iş üzrə istintaq yekunlaşmaq üzrədir”-deyə sorğumuza cavab olaraq E.Sultanov bildirdi.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə də əlaqə saxlayıb münasibət öyrənmək istədik. Lakin nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova etdiyimiz zənglər cavabsız qaldı.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.