Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
6-03-2017, 18:36
Oxunub: 1 912
Kibercinayətkarlığın ilbəil artması, müxtəlif ölkələrdə cinayətkar şəbəkələrin yeni və qeyri-standart sxemlər və elektron üsullar vasitəsilə qanunsuz mütəşəkkil fəaliyyəti hüquq mühafizə orqanları qarşısında yeni vəzifələr qoymaqla bu sahədə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini şərtləndirir
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com–a verilən xəbərə görə, cari il 27 fevral - 1 mart tarixlərində Avropa Şurası və İnterpolun təşkilatçılığı ilə İnterpolun Sinqapur şəhərində yerləşən qərargahında kibercinayətkarlıq, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələlərində beynəlxalq hüquqi əməkdaşlığa həsr olunmuş konfrans keçirilmişdir.
İnterpolun Sinqapur Qlobal İnnovasiyalar Kompleksi (İGCİ) rəhbərinin müavini Silvino Şlikman çıxış edərək konfransın əhəmiyyəti, qarşıda duran vəzifələr, eləcə də İGCİ-nin fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
ABŞ, Filippin, Belarus, Moldova, Gürcüstan, Mərakeş, Şri Lanka və sair ölkələrin prokurorluq, ədliyyə, polis orqanlarının, beynəlxalq təşkilatların rəhbər şəxslərinin, həmçinin “Facebook” və “Microsoft” şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov təmsil edib.
Konfransda E.Əlixanov çıxış edərək ölkəmizin mühüm beynəlxalq və regional konvensiyaları ratifikasiya edərək kibercinayətkarlıq və digər transmilli cinayətlərə qarşı mübarizəyə, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsinə böyük önəm verdiyini bildirib, eləcə də beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələri ilə görüşlər keçirilmiş, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər