Baş Prokurorluq: Xırdalanda beş nəfərin ölümü ilə bağlı cinayət işi başlandı
15-03-2017, 16:11
Oxunub: 2 569
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb
Martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron Rayon Prokurorluğuna daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib.
Bu barədə Bolgexeber.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qızdırıcı qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölüblər.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmi-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 17-12-2024, 10:59 : Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
İdman
- 18-12-2024, 09:34 : FİFA ilin ən yaxşılarını açıqladı
İdman
- 18-12-2024, 13:52 : UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
İdman / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 17-12-2024, 13:28 : Ronaldo federasiya prezidenti olmaq istəyir
İdman
- 19-12-2024, 09:36 : Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq
Sosial
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial