“BUNUNLA BİZ XALQIN BELİNİ QIRIRIQ” – Deputatdan sərt açıqlama
18-03-2017, 17:10
Oxunub: 2 559
Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Yevda Abramov valyuta alış-satış məzənnəsi arasındakı fərqin böyük olduğundan şikayətlənib
“APA-Economics”in xəbərinə görə, Y.Abramov maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova müraciət edərək bildirib ki, dünyanın heç bir ölkəsində valyutanın alış və satışı arasında bu qədər böyük fərq yoxdur: “Rüfət müəllim, Samir müəllim, Elman müəllim, dünyanın heç bir ölkəsində bu qədər fərq yoxdur. Bununla biz xalqın belini qırırıq. O dəfə də bunu dedim… Bir neçə bankir cəzalandırıldı, Səməd Vurğun bağında bir neçə nəfər tutuldu. Nəticədə nə oldu? Mən bilirəm ki, bu artım və enişə dövlət nəzarət etmir. Oqtay (Milli Məclisin sədri Oqtay Əsədov – red.) müəllim, elə bil ki, bir qrup insan bizə maneə olur. Amma bizim güclü maliyyəçilərimiz var. Bütün bunlara son qoymaq lazımdır! Belə olmazsa, gələcək hesabatımız (Nazirlər Kabinetinin hesabatı – red.) daha da pis olacaq”.
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 17-12-2024, 10:59 : Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
İdman
- 18-12-2024, 09:34 : FİFA ilin ən yaxşılarını açıqladı
İdman
- 18-12-2024, 13:52 : UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
İdman / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 17-12-2024, 13:28 : Ronaldo federasiya prezidenti olmaq istəyir
İdman
- 19-12-2024, 09:36 : Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq
Sosial
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial