Məktəblilər kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirilir - Tərtərdə
15-04-2017, 10:26
Oxunub: 2 610
Tərtərdə Azərbaycan Dövlət Aqrar Universiteti və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı sahəsində kadr hazırlığından, ixtisaslı kadrların aqrar sektorun inkişafında rolundan danışılıb
Universitetin müəllim və tələbələrinin, rayon ictimaiyyətinin və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib.
Bolgexeber.com xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, görüşün əsas məqsədi məktəbliləri kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirməkdir. Qeyd olunub ki, Tərtərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Cari təsərrüfat ilində rayonda 3 min hektarda pambıq, 1500 hektarda şəkər çuğunduru əkmək və 6 ton barama istehsal etmək qarşıda duran əsas vəzifələrdəndir. Dövlətin dəstəyi, fermerlərin işgüzarlığı sayəsində həyata keçirilən və icrası nəzərdə tutulan əhəmiyyətli layihələrin uğurla başa çatdırılması üçün ixtisaslı kadrlara böyük ehtiyac duyulur. Prezident İlham Əliyev də martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu sahədə kadr hazırlığının vacibliyini vurğulayıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Nizami Seyidəliyev kənd təsərrüfatının kompleks inkişafında ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə baytar həkimlərə, aqronomlara, habelə digər kənd təsərrüfatı mütəxəssislərinə böyük tələbat var. Aqrar Universitetdə müasir tələblərə cavab verən kadrların hazırlanması üçün bütün zəruri şərait yaradılıb. Universitetdə köklü struktur islahatları aparılıb, idarəetmə metodu yenilənib, yeni infrastruktur qurulub.
Valideynlər və şagirdlər tədbirdən razı qalıb, onun ixtisas seçiminə müsbət təsirindən danışıblar.










Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər