BolgeXeber.Com » Xəbərlər » İmişli rayonunda Kənd Təsərrüfatının inkişafı ilə bağlı Respublika Müşavirəsi keşirildi

İmişli rayonunda Kənd Təsərrüfatının inkişafı ilə bağlı Respublika Müşavirəsi keşirildi

25-04-2017, 19:19
Oxunub: 3 148 İmişli rayonunda Kənd Təsərrüfatının inkişafı ilə bağlı Respublika Müşavirəsi keşirildiBu gün İmişli rayonu Heydər Əliyev Mərkəzində ““Pambıq əkinində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda Aran-İqtisadi rayonları üzrə Respublika müşavirəsi keçirilmişdir

Bolgexeber.com xəbər verir ki,bu gün İmişli rayonu Heydər Əliyev Mərkəzində ““Pambıq əkinində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda Aran-İqtisadi rayonları üzrə Respublika müşavirəsi keçirilmişdir.Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev, Kənd Təsərrüfatı Nazirinin müşaviri şöhrət Vəkilov, Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və 22 rayondan olan fermerlər iştirak edirdilər.
Müşavirəni giriş sözü ilə açan İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev İmişlidə kənd təsərrüfatının inkişafi ilə bağlı görülmüş işlər və qarşıda duran hədəflər barəsində ətraflı məlumat verərək bildirdi ki, bu il pambıqçılığın inkişafına İmişli rayonunda böyük üstünlük verilərək, 18250 ha ərazidə pambıq əkilməsi nəzərdə tutulmuşdur.Hal-hazırda nəzərdə tutulmuş ərazinin 11951 hektar ərazisində şum işləri, 5611.21 hektarında isə səpin işləri aparılmışdır.Əkilməsi nəzərdə tutulmuş digər ərazilərin də şumlanması üçün hazırlıq işləri davam etdirilir.Pambıqçılıqla paralel olaraq İmişli rayonunda digər kənd təsərrüfatı məhsullarının əkilməsi işləri də aparılır.Buna misal olaraq 11499 ha ərazidə buğda, 5676 ha ərazidə arpa, 1800 ha ərazidə əkilmiş soya bitkisini göstərmək olar.V.Hacıyev öz nitqini tamamladıqdan sonra,sözü Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdova verdi. İ.Cümşüdov da Azərbaycanda pambıqçılığın inkişafı, hədəflər və perespektivlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı.
Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev də öz növbəsində pambıq əkinlərində bitki mühafizə tədbirlərinin səmərəli təşkili barədə maarifləndirici çıxış etdi.
Daha sonra müşavirə diskusiya xarakterli davam etdi.Aran-İqtisadi rayonlardan tədbirə qatılmış nümayəndələr və yerli fermerlər onları maraqlandıran problemlərlə bağlı aidiyyatı üzrə gələn qonaqlara suallar verdilər.
İmişli rayonunda Kənd Təsərrüfatının inkişafı ilə bağlı Respublika Müşavirəsi keşirildi
İmişli rayonunda Kənd Təsərrüfatının inkişafı ilə bağlı Respublika Müşavirəsi keşirildi