BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov iki rayona yeni polis rəisi təyin edib

Ramil Usubov iki rayona yeni polis rəisi təyin edib

28-04-2017, 11:15
Oxunub: 2 332 Ramil Usubov iki rayona yeni polis rəisi təyin edibAzərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib

Bolgexeber.com “Report”-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib.

O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.