BolgeXeber.Com » Xəbərlər » 37 yaşlı xanımı Yaqub Zurufçudan elə sözlər dedi ki... - “Mənə lüks həyat yaşatmır”
37 yaşlı xanımı Yaqub Zurufçudan elə sözlər dedi ki... - “Mənə lüks həyat yaşatmır”
2-05-2017, 14:38
Oxunub: 0
Tanınmış müğənni Yaqub Zurufçu Azərbaycana gəlib
Müğənni ilə İçərişəhərdə qarşılaşdıq. O, ailəsi – həyat yoldaşı Aynur xanım və oğlu Atilla ilə birgə gəzintiyə çıxdığını dedi. Əvvəlcə müsahibə verməkdən boyun qaçıran sənətçi və xanımınından çətinliklə də olsa, bəzi suallarımıza cavab ala bildik.
– Yaqub bəy, Azərbaycana nə vaxt gəlmisiniz?
– 15 gündür ki, Bakıdayıq, istədim oğluma İçərişəhəri göstərim. Övladım hələ burda olmayıb. Onunçün hər şey maraqlıdır. Amma inciməyin, mən müsahibə vermək istəmirəm. Nə efirlərə çıxıram, nə də saytlara danışıram.
– Biz sadəcə, hal-əhval tutmaq istəyirik. Amerikada yaşayırsınız?
– Orda da yaşayırıq, burda da…
Xanımı:
– Əsasən Azərbaycanda yaşayırıq, amma biznes üçün Amerikaya gedirik.
– Yaqub bəy hansı bizneslə məşğul olur?
– Biznesimiz yoxdur, sadəcə olaraq xarici ölkələrdə verdiyi konsertləri nəzərdə tuturam. Müğənninin biznesi onun verdiyi konsertlərdir.
– Yaqub Zurufçu ilə aranızda yaş fərqi var, nə əcəb özünüzdən bu qədər böyük birini seçdiniz, səbəb nə oldu?
– Mənim 37 yaşım var, amma həyat yoldaşımla aramızdakı yaş fərqini hiss etmirəm. Mən onu sevdiyim üçün seçdim.
– Övladınızın neçə yaşı var?
– Altı yaşı tamam olacaq. Adı da Atilladır.
– Atası kimi səsi varmı, böyüyəndə müğənni olmaq istəmir ki?
– Yox, atası onun müğənni olmasını istəmir.
Yaqub Zurufçu
– Xanımınızı qısqanırsınız?
– Yox.
– Niyə, gözəl qadındır, üstəlik özünüzdən yaşca da bu qədər kiçikdir?
– Yox, o qadını qısqanarlar ki, gözü-başı qaynaya. Mənim seçdiyim qadın kişi qızıdır.
– Aynur xanım, Yaqub bəyin sizə qadağaları varmı?
Aynur xanım
– Qətiyyən.
– Bir məşhurun xanımı olmağın çətinlikləri varmı?
– Yaqub Zurufçunun xanımı olmaq çətindir.
– Ən sərt xüsusiyyəti hansıdır?
– Sərt xüsusiyyəti yoxdur.
– Bir müddət öncə Yaqub Zurufçunun təşəbbüsü ilə Avropada keçiriləcək konsertlərin fars adı altında təqdimatı qalmaqallara səbəb oldu…
– Afişa məsələsi ilə bağlı qalmaqala Yaqub bəy özü də cavab verdi. Sonra da peşman oldu. Deyir gərək cavab verməyəydim. Çünki hər bir insanın öz fikri var…
– Yəqin ki Amerikada lüks, dəbdəbəli həyat yaşayırsınız?
– Yox, dəbdəbədən uzaq həyatımız var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər