Afaq Gəncəlidən deputata cavab: “Mən gəncəli deyiləm, soyadımın da…”
3-05-2017, 11:16
Oxunub: 3 650
“Mən o sözləri özümə şamil etmirəm, çünki mən gəncəli deyiləm”
Bu sözləri tanınmış teleaparıcı Afaq Gəncəli deyib.O millət vəkili Fazil Mustafanın “Əlimdə imkan olsaydı,bir çox peşə sahiblərin, ələxsus da şou-biznes təqdimatçılarına, müğənnilərə hansısa bölgə adının götürməsini yasaqlayardım” fikrinə münasibət bildirib.
O gəncəli olmadığını deyib: “Mən dəfələrlə efirlərdə də söyləmişəm ki, mənim soyadım bölgə adı deyil. Babam şair dramaturq yazıçı Novruz Gəncəlidir. Atam da gəncəli soyadını daşıyır, mən də bu soyadla doğulmuşam. Əslində “Gəncəli deyil, Gənc Əlidir”. Nə o bölgənin adın götürmüşəm, nə də o bölgə ilə adiyyatım yoxdur.”
Müğənni Xuraman Şuşalı isə məsələyə belə reaksiya verib: “Mənə bu soyadı ölməz bəstəkarımız Süleyman Ələskərov verib. O mənə dedi ki, sən Şuşalı olduğuna görə, bundan sonra efirdə sənə Xuraman Şuşalı deyiləcək. O vaxt 16 yaşım var idi. O zamanlar bu cür ləqəblər çox idi, indi mənim 37 yaşım var və düşünürəm ki, özümü səviyyəsiz aparmıram. Deputatın dedikləri mənə aid deyil”
Qeyd edək ki, Fazil Mustafa hesab edir ki, müğənnilər bölgələrin adına xələl gətirirlər: “Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görəsənin davranışından xəcalət çəkməlidir?”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər