Mədət Quliyev belə məşq edir - FOTO
3-05-2017, 12:43
Oxunub: 6 909
Sosial şəbəkələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin məşq zamanı çəkilmiş fotolar yayılıb
Missiya.Az xəbər verir ki, 59 yaşlı DTX rəisi idman formasını saxlamaq üçün müntəzəm məşqlər edir.
Onun yaşadığı evin sadəliyi də diqqətdən yayınmayıb. Fotoya rəy yazanlar bu məqama xüsusi diqqət ayırıblar.
Ümumiyyətlə, son vaxtlar Mədət Quliyevin bir neçə maraqlı performansları diqqət çəkməkdədir. Belə ki, bir neçə gün bundan əvvəl DTX rəisinin məclislərin birində kompleksdən uzaq, gitarada məharətli ifası, rus dilində mahnı oxuması böyük marağa səbəb olmuşdu. Bu ifası onu göstərdi ki, Mədət Quliyev təkcə idmanla deyil, həm də incəsənətlə də məşğul olur və bu sahədə böyük bacarığa malikdir. Sosial şəbəkələrdə onun rok üslubundakı ifasını dəyərləndirən peşəkar musiqiçilər də qeyd etdilər ki, Mədət Quliyevin ifası bir çox musiqiçiləri geridə qoyur.
Qeyd edək ki, Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. 13 yaşından başlayaraq müntəzəm olaraq idmanla məşğul olub. 18-22 yaşlarında Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRİ yarışlarında çempion olub. 160-dan artıq fəxri fərmanla və mükafatlarla təltif olunub. 21 yaşında isə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə "qara kəmər” alıb.
Bakıda keçirilən velosiped yürüşündə iştirakı ilə gündəmə gəlmişdi. Mətbuatda yayılan fotolardan da aydın görünürdü ki, M. Quliyev velosiped sürməyi də peşəkarcasına bacarır. Bu barədə jurnalistlərə açıqlama verən M. Quliyevin sözlərinə görə, Penitensiar Xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər. Nəticədə Penitensiar Xidmətin nəzdində velosiped komandası formalaşıb. Onun sözlərinə görə, həftədə iki dəfə idmanın bu növü ilə məşğul olur, yürüşə qatılır. Mədət Quliyev harada işləməsindən asılı olmayaraq hər kəsə, xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hərbiçilərə fiziki sağlamlıqlarına diqqət etməsi barədə çağırış da edib.
Xatırladaq ki, M. Quliyev bir neçə gün öncə Bakıda keçirilən "Bakı Marafonu"nda fəal iştirak edib.
Bir faktı da xatırladaq ki, DTX rəisi Mədət Quliyev Azərbaycanın Milli Qəhrəmanıdır, 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Həm idman, həm də incəsənətlə məşğul olan DTX rəisi çalışdığı kollektivlərdə hər zaman pozitiv insan kimi tanınıb.
Çox Oxunanlar
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə
- 22-02-2025, 14:27 : Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA
Dünya
- 18-02-2025, 14:46 : Məşhur cütlüyü şantaj edən şəxs həbs edildi
Şou-Biznes / Xəbərlər
- 20-02-2025, 14:24 : ATV yayımı dayandırır
Şou-Biznes
- 19-02-2025, 17:52 : Azərbaycan Avraviziyada hansı mahnı ilə çıxış edəcək?
Şou-Biznes / Xəbərlər
- 26-02-2025, 12:43 : Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Bölgə / Xəbərlər