BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda intellektual yarış təşkil edilib-FOTO

Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda intellektual yarış təşkil edilib-FOTO

5-05-2017, 09:56
Oxunub: 8 019 Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda  intellektual yarış təşkil edilib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda intellektual yarış təşkil etdi

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar hazırladığı tədbirlər palanına uyğun olaraq Regional İdarənin tabeliyindəki bütün müəssisələrdə geniş və möhtəşəm konsert proqramlarına, kitab bayramlarına start verilib.

Silsilə tədbirlərin davamı olaraq 04.05.2017-ci il tarixində Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda yarış təşkil olunub. Yarışda Regional İdarənin tabeliyindəki nümayəndəliklərin gənc mədəniyyət işçiləri iştirak edib.

Yarışdan öncə tədbir iştirakçıları Heydər Əliyevin adını daşıyan mərkəzə gələrək Ulu öndərin heykəli qarşısına tər gül dəstələri düzüblər.

İntellektual yarış Rəhman Təhməzovun ifasında “Xalq Heydər Söyləyəcək” musiqisilə start götürüb.

Tədbiri giriş sözü ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyhun İsmayılzadə açıb. O çıxış edərək bildirib ki, :- “ Heydər Əliyev ömrünü Azərbaycanı tanıtmaq üçün tükətdi. Elə bir sahə yox idi ki, Ulu öndər ora diqqət və qayğı göstərməsin, çünki o çoxşaxəli, karizmatik xüsusiyyətə malik insan, dəqiq siyasəti, güclü intellektual iradəyə malik lider idi . Heydər Əliyevin Azərbaycan Mədəniyyətinə göstərdiyi diqqət və qayğıya qiymət vermək üçün deyilən sözlər, işlədilən cümlələr aciz qalır. Heydər Əliyev mədəniyyətə yalnız estetik deyil siyasi cəhətdən də yanaşırdı. Bu baxımdan Qarabağa münasibəti xüsusisi idi. O, Şuşada Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün, Üzeyir Hacıbəylinin muzeylərin açdırmaqla bütün dünyaya bildirdi ki, Şuşa Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Siyasi cəhətdən çətin məqamlarada Babək, Nəsimi, Dədə Qorqud kimi tarixi filmlərin çəkilməsi Heydər Əliyevin güclü iradəsinin nəticəsiydi. Ona bu gücü xalqına, millətinə, tarixininə, mədəniyyətinə, və ədəbiyyatına olan sonsuz sevgisi verirdi. Heydər Əliyevin çətinliklərlə dünyaya tanıtdırdığı, sevdirdiyi Azərbaycan mədəniyyətini qorumaq təbliğ etmək hər bir vətəndaşın mənəvi borcudur”.

Sonda nitqində C. İsmayılzadə Bakı şəhərində keçirilən 4-cü Ümumdunya mədəniyyətlər arası dialoq forumunda söz açıb. O qeyd edib ki, : - “ Formda 10-dan çox mədəniyyət nazirləri Bakıda toplaşır. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzular müzakirə ediləcək. Bu forum dövlətimizin dünyadakı nüfuzunun, uğurlu xarici siyasətinin bariz nümunəsidir, həmçinin, Azərbaycanın turizm potensialının tanıdılması üçün əlverişli bir məqamdır”.

Aparıcı Səbuhi Qasımov intellektual yarış haqqında geniş məlumat verərək münsiflər heyətini iştirakçılara təqdim edib. Yarışda Bərdə rayonu “ Uğur” ,Tərtər rayonu “Qəhrəman” ,Yevlax şəhəri “Karvan” və Mingəçevir şəhəri isə “Nur” komandası ilə təmsil olunub. Yarışın formatına uyğun olaraq komandalar püşk atma nəticəsində I və II turlar üzrə mübarizə aparıblar. I turda Yevlax şəhəri “Karvan” komandası ilə Tərtər rayonu “Qəhrəman” komandası yarışıb. Gərgin və əzmlə davam edən mərhələdə “Karvan” komandası qalib gələrək növbəti mərhələyə keçib. II turda isə Mingəçevirin “Nur” komandası ilə Bərdənin “Uğur” komandası qarşılaşıb və yarış “Nur” komandasının qələbəsi ilə başa çatıb. Final mərhələsində isə “Nur” və “Karvan” komandaları öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Maraqlı keçən final mərhələsi “Nur” komandasının qələbəsi ilə başa çatıb.
Qalib komanda intellektual yarış üçün hazırlanmış xüsusi kubokla , diplomla və qiymətli hədiyyələrlə təltif olunub. İştirak etmiş digər komandalar isə yarışda iştirak etdikləri üçün sertifikatla təltif olunublar.
Sonda iştirakçılarına zehni yorğunluğu aradan qaldırmaq üçün maraqlı musiqi nömrəsi və çay süfrəsi təşkil edilib.
Bolgexeber.com
Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda  intellektual yarış təşkil edilib-FOTO
Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda  intellektual yarış təşkil edilib-FOTO
Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda  intellektual yarış təşkil edilib-FOTO
Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda  intellektual yarış təşkil edilib-FOTO
Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda  intellektual yarış təşkil edilib-FOTO
Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” mövzusunda  intellektual yarış təşkil edilib-FOTO