BolgeXeber.Com » Xəbərlər » “Yeni Bakı”da dava - Sakinlərlə işçilər əlbəyaxa oldu/ VİDEO

“Yeni Bakı”da dava - Sakinlərlə işçilər əlbəyaxa oldu/ VİDEO

5-05-2017, 16:49
Oxunub: 2 110 “Yeni Bakı”da dava - Sakinlərlə işçilər əlbəyaxa oldu/ VİDEO"İlin Dörd Fəsli" MMC-nin inşa etdiyi "Yeni-Bakı” Yaşayış kompleksində sakinlərlə şirkət rəhbərləri arasında qarşıdurma yaşanıb

Bu barədə azxeber.com-a açıqlamasında komplesin sakini Elman Bağırov məlumat verib. Məlumata görə, qarşıdurmaya səbəb kompleks sahibinin qoçuları tərəfindən elektrin enerjisinin kəsilməsidir. Hətta komendant Ehtiram Yusifovun sakinləri təhqir etməsi getdikcə adiləşərək əlbəyaxa vəziyyətinə çatır, məsələni araşdırmağa gələn polis əməkdaşları isə lazımi tədbirlər görmürlər. Cana doymuş sakinlər son ümid kimi Prezident Administrasiyasına gedərək şikayətlərini çatdırmağı düşünürlər.

''Görəsən "İLin Dörd Fəsli" MMC-nin direktoru Elnur Hüseynovun, "komendant" Ehtiram Yusifovun bu idmançı dəstəsini maliyələşdirməkdə, sakinləri hər an qorxu içərisində saxlamaqda, döydürməkdə məqsədləri nədir ? Yeni Bakı şəhərciyini inşa edərək milyonlar qazanan və burada yaşayan mənzil sahiblərini özündən asılı hala salmağa çalışan İlin Dörd Fəsli MMC-nin qanunsuz əməllərinə Baba Tağıyev başda olmaqla Azərişıq rəsmiləri niyə hələ də biganədir? Niyə axı Azərişıq şəhərcik sakinlərini fərdi abonent kimi tanımaqdan imtina və ya bunu müxtəlif bəhanələrlə hələ də uzadır? Niyə axı Azərişıq rəsmiləri 3000 mənzilli şəhərcik sakinlərinin həyatına bu qədər biganədir?''-deyəE.Bağırov qeyd edib.

Komendant Etiram Yusifov Criminal.az saytına açıqlamasında bildirdi ki, Yeni-Bakı Yaşayış kompleksində 60 bina var. Həmin kompleksdə özbaşınalıq edən bir neçə sakin var. Onlar elektrik qutusuna icazəsiz müdaxilə edir, buna isə kompleksin mühafizəçiləri tərəfindən imkan verilmir.

''Bəlkə kimsə özünə qəsd etmək istəyir. Mühafizəçinin işi kompleksin əmlakını qorumaqla yanaşı, asayişə də nəzarət edir. Kimsə elektrik şitinə müdaxiə edirsə bunun qarşısını alır. Sakinlərin işığının kəsilməsi ilə bizə aid məsələ deyil. İşıq dövlətə məxsusdur və onun kəsilməsi Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir''.