İlham Əliyev Fransanın yeni prezidentini təbrik etdi
8-05-2017, 14:22
Oxunub: 2 688
Azərbaycan prezidenti İlham Əliyev Fransanın yeni seçilmiş prezidenti Emmanuel makronbu təbrik edib
Bolgexeber.com-un AzərTAc-a istinadən xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli cənab Makron,
Fransa Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qazandığınız qələbə dost Fransa xalqının Sizə olan etimadının və irəli sürdüyünüz yeniləşmə xəttinə dəstəyinin göstəricisidir.
Mən Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verirəm. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə genişlənən faydalı əməkdaşlıq, çoxşaxəli mədəni əlaqələr Azərbaycan-Fransa diplomatik münasibətlərinin 25 illik tarixini səciyyələndirən cəhətlərdir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Fransa eyni zamanda regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal edilmiş tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətrafındakı 7 rayonda etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatların müvafiq qərar və qətnamələri vardır. Lakin Ermənistan buna məhəl qoymur. Fransa digər həmsədrlər kimi indiki status-kvonu qəbuledilməz hesab edir. Mən Fransanın səylərinə xüsusi əhəmiyyət verir və ümidvar olduğumu bildirirəm ki, bu səylər münaqişənin ədalətli həllinə nəhayət öz töhfəsini verəcəkdir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər