BolgeXeber.Com » Xəbərlər » Bərdədə şəhər məktəblərinin oğlanlardan ibarət komandaları arasında futbol turniri keçirilmişdir-FOTO
Bərdədə şəhər məktəblərinin oğlanlardan ibarət komandaları arasında futbol turniri keçirilmişdir-FOTO
9-05-2017, 09:26
Oxunub: 3 088
Turnirdə 8 komanda iştirak etmişdir
05-08 may 2017-ci il tarixlərdə Bərdə şəhər stadionunda Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şəhər məktəblərinin oğlanlardan ibarət komandaları arasında futbol turniri keçirilmişdir.
Turnirdə 8 komanda iştirak etmişdir.Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Turniri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq ümummilli liderin azərbaycan idmanına göstərdiyi xüsusi diqqət və qayğıdan, idmanın müxtəlif növlərinin inkişafı üçün qəbul edilmiş proqramlardan danışdı və qeyd etdi ki, bu siyasət bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan bayrağı mötəbər beynəlxalq yarışlarda ən yüksəklərdə dalğalanır. Artıq Azərbaycan dünya səviyyəli idman yarışlarına ev sahibliyi edir. ”Formula-1” yarışları, I Avropa Oyunları və qarşıdan gələn İslam Həmrəyliyi oyunları buna bariz nümunədir.
Təhsil şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək Azərbaycan və Bərdə idmançılarının beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən, rayonda keçirilən müxtəlif idman yarışlarından danışdı. Yarışı baş hakim Vaqif Süleymanov rəhbərliyi ilə hakimlər briqadası idarə etmişdir.
Komandalar püşkatma yolu ilə 2 yarımqrupda mübarizə aparmışlar. Finalda B.Əjdəroğlu adına YeniƏyricə kənd və şəhər 8 №li tam orta məktəblərin komandaları görüşmüşlər. Daha güclü oyun nümayiş etdirən B.Əjdəroğlu adına YeniƏyricə kənd və tam orta məktəbin komandası I yeri, şəhər 8 №li tam orta məktəbin komandası II yeri, III yeri isə Azərbaycanın Milli Qəhrəmanı E. Kərimov adına şəhər 4№li tam orta məktəbin komandası tutmuşdur.
Qalib komandalar ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş rayon tədbirində təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.
Bolgexeber.com





Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər