BolgeXeber.Com » Xəbərlər » "Yerindən qalxıb burnuna necə təpik vurdusa..." - “ARB” kanalının əməkdaşının dava saldığı xəstəxanadan
"Yerindən qalxıb burnuna necə təpik vurdusa..." - “ARB” kanalının əməkdaşının dava saldığı xəstəxanadan
9-05-2017, 11:40
Oxunub: 3 010
Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi döyülüb
Bu barədə AzNews.az-a sözü gedən xəstəxanadan məlumat verilib. Məlumata görə, “ARB” kanalının əməkdaşı Mərdan Mustafayev xəstəxananın həkimi Nəsrullah Beydullayevi düyüb:
““ARB” kanalının “Ferma” verilişi var. Onların problemləri olanda həmişə Şəki Xəstəxanasına müraciət edirlər. Mərdan Mustafayev qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib. Xəstə özünü pis aparırdı, yardım etməyə imkan vermirdi. Nəsrullah həkim ona yardım etmək istəyəndə yerindən qalxıb onun burnuna zərbə ilə təpik vurdu. Həkim yerə yıxıldı, burnunun qanını saxlamaq olmurdu. Bir baxdıq ki, həkimin burnu sınıb. Tez hüquq-mühafizə orqanlarına xəbər verdik.”
Xəstəxanadan verilən məlumata görə, hadisə yerinə hüquq-mqhafizə orqanları gələnə kimi xəstə və yanındakı şəxslər xəstəxanadan qaçıb: “Polis gəldi, akt yazıldı. Mərdan xəstəxananın avadanlıqlarını sındırıb, stolu aşırıb, alətlərin çoxusu yerlə-yeksandır. Həkimin səhhəti bir az normaldır.”
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər