BolgeXeber.Com » Xəbərlər » Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX Ümumrespublika Kitab bayramı - Hacıqabulda
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX Ümumrespublika Kitab bayramı - Hacıqabulda
10-05-2017, 17:29
Oxunub: 4 497
10.05.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısında Sabirabad Regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayon üzrə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX Ümumrespublika Kitab bayramı keçirilib
Bolgexeber.com xəbər verir ki, kitab bayramında Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov, hüquq mühafizə orqanlarının rəhbərləri, İcra nümayəndələri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak etmişdir.Kitab bayramı Ulu Öndərin abidəsi önünə gül-çüçək dəstələri qoyulması ilə başlanmışdır. Sonra iştirakçılar Kitab bayramında təşkil olunmuş "Çoxəsirlik tariximizin 34 ili", "Hacıqabul şəhidləri", “Görkəmli şəxsiyyətlərimiz”, “Xoşməramlı səfir”, “İlham Əliyevlə parlaq gələcəyə doğru”,“2017-ci il İslam Həmrəyliyi ilidir”, “Tarix və siyasət”, “Respublika prezidentinin rayonumuza səfərləri”, “Rayonumuzda pambıqçılıq inkişaf edir” adlı sərgilərlə, eyni zamanda klassik və müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı və uşaq ədəbiyyatından nümunələrlə tanış olmuşdlar.Kitab bayramında təşkil olunmuş “Uşaqlar dünyanın sevincidir”, ,"Nağıl otağı", nağıl personajları, uşaq ədəbiyyatları kiçik yaşlı məktəblilərin xüsusi marağına səbəb olmuşdur.
2017-ci il ərzində yubileyləri keçiriləcək yazıçı və şairlərimizin həyat və yaradıcılığına həsr olunmuş sərgilər təşkil olunmuş, Qarasu kənd, şəhər 4 və 9 saylı məktəblərin şagirdlərinin timsalında klassiklərimizdən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, M.F, Axundzadənin, Xurşudbanu Natəvanın obrazları yaradılmış, əsərlərindən qısa səhnələr canlandırılmışdır.
Tədbirdə Heydər Əliyev Mərkəzinin “İslam Həmrəyliyi İli” və “ İslam Həmrəyliyi oyunları” ilə əlaqədar müxtəlif sərgiləri və əl işləri təşkil edilmiş, Uşaq Musiqi məktəbinin xor kollektivinin ifasında “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnısı səsləndirilmişdir.
Ümummilli liderin adını daşıyan parkda təşkil olunmuş Kitab bayramı günün sonunadək davam etmişdir. Axşam saatlarında isə Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının nümunəvi orkestrinin müşayəti ilə gözəl konsert proqramı keçiriləcəkdir. Həmçinin axşam saatlarında böyük atəşfəşanlıq təşkil edilmişdir.



Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər