BolgeXeber.Com » Xəbərlər » Yevlaxda dəhşətli qəza: Ölən 6 nəfərdən üçü “Veysəloğlu” işçiləridir-FOTO

Yevlaxda dəhşətli qəza: Ölən 6 nəfərdən üçü “Veysəloğlu” işçiləridir-FOTO

13-05-2017, 11:14
Oxunub: 2 880 Yevlaxda dəhşətli qəza: Ölən 6 nəfərdən üçü “Veysəloğlu” işçiləridir-FOTOYevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

Hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub.

Ölənlərdən 3-ü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
Yevlaxda dəhşətli qəza: Ölən 6 nəfərdən üçü “Veysəloğlu” işçiləridir-FOTO
Yevlaxda dəhşətli qəza: Ölən 6 nəfərdən üçü “Veysəloğlu” işçiləridir-FOTO