BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyindəki nümayəndəliklərlə birgə qarşılıqlı əməkdaşlığı davam etdirir

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyindəki nümayəndəliklərlə birgə qarşılıqlı əməkdaşlığı davam etdirir

13-05-2017, 13:26
Oxunub: 3 791 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyindəki nümayəndəliklərlə birgə qarşılıqlı əməkdaşlığı davam etdirirBərdə Regional Mədəniyyət və Turizm İdarəsi tebeliyindəki mədəniyyət müəssisələri ilə geniş şəkildə əlaqəlar təşkil edir

Bu əlaqələrin davamı olaraq 12.05.2017-ci il tarixdə Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan şəhid F.Qasımov adına uşaq incəsənət məktəbi İdarənin Bərdə nümayəndəliyinin qonağı olub. Müəllim və şagird kontingenti ilə iştirak edən incəsənət məktəbi Bərdə şəhər Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinə musiqi ilə dolu xoş anlar yaşadıb. Öncə məktəb şagirdlərinin çəkdikləri rəsm əsərlərinə baxış keçirilib. Rəssamlıq sinfinin şagirdlərinin sərgilədiyi əl işləri izləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb. Sərgilənən əsərlərə baxışdan sonra Mingəçevir şəhər şəhid F.Qasımov adına incəsənət məktəbinin hazırladığı konsert proqramı təqdim olunub. Konsertdə Bərdə şəhərində yerləşən uşaq musiqi, incəsənət məktəbləri və digər mədəniyyət müəssisələrinin kollektivləri iştirak edib.

Konsert öncəsi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Rəisi İlyas Hacıyev tədbirin rəsmi hissəsinin açılışın edib. O çıxış edərək diqqətə çatdırıb ki, : “Bu əlaqələr daha geniş şəkildə qurulmalıdır. Mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin inkişafı məhz daha çox biz mədəniyyət işçilərinin üzərinə düşür. Biz bir olaraq Cənab Prezidentimizin apardığı uğurlu siyasətə dəstək olmalı, ona bu yolda yorulmadan əzmlə əlimizdən gələn bütün köməkliyi etməliyik”. Çıxışını davam etdirən İlyas Hacıyev incəsənət məktəbinin kollektivinə uğurlar arzulayaraq iştirakçıları konserti izləməyə dəvət edib.

Konsert proqramı İncəsənət məktəbinin şagirdlərdən ibarət ansamblının ifası ilə başlanıb. Konsert proqramında səsləndirilən “Xəzərim”, “Naz eləmə”, “Brams – Macar rəqsi”, həmçinin, “Kramer – Etüd”, Aşıq havası “Gözəlləmə”, Zərb muğamı- “Simayi şəms” və digər nəğmələr iştirakçılara xoş anlar yaşadıb.

Konsert proqramı sonda “Şən rəqs” ilə sona çatıb. Rəqs gurultulu alqışlarla qarşılanıb.

Sonda Bərdə rayonunun tarixi keçmişini özündə əks etdirən abidələr ziyarət edilib. Xatirə şəkilləri çəkilərək xoş anlar yaddaşlara köçürülüb.

Qeyd edək ki, bu cür mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bu istiqamətdə davamlı olaraq həyata keçiriləcək.

Bolgexeber.com