Oxunub: 2 661"Deputat və seçici" adlı rubrikamızın növbəti reportajı 20 saylı Nərimanov ikinci seçki dairəsindən millət vəkili seçilmiş Adil Əliyev haqqındadır
Adil Əliyev həmçinin Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsində çalışır.Sorğu apardığımız Nərimanov rayon sakinləri Adil Əliyevdən razılıqlarını bildirdilər. "Adil Əliyev seçicilərinə , xüsusən də gənc idmançılara qarşı daim diqqət göstərib. Mütəmadi olaraq keçirilən görüşlərdə rahatlıqla problemlərimizi dilə gətirmişik və onların həll olunması üçün müvafiq addımlar Adil Əliyevin təşəbbüsü ilə atılıb. İnanırıq ki, bundan sonra da belə olacaq"- deyə seçicilər qeyd ediblər.
"Mən daim seçicilərimin yanındayam və həmişə onlara dəstək olmağa hazıram. Bu, biz millət vəkillərinin üzərinə düşən vəzifələrdəndir."-deyə Adil Əliyev əməkdaşlarımıza telefon əlaqəsi zamanı bildirib. Bolgexeber.com