BolgeXeber.Com » Xəbərlər » Kriminal avtoritetlər azərbaycanlı aşığı girov götürdü - “Tapançanı başıma dirəyib...”
Kriminal avtoritetlər azərbaycanlı aşığı girov götürdü - “Tapançanı başıma dirəyib...”
16-05-2017, 11:19
Oxunub: 2 901
Sazı başı üzərində fırladaraq ifa edən Aşıq Mübarizin başına iş gəlib
Bolgexeber.com yeniçağ.az-a istinadən xəbər verir ki, Odessada toyda olan aşıq sazı fırladarkən məclisdəki kişilərdən birini vurub. Daha sonra o, vurduğu kişinin qohumları olan "vor-zakonlar” tərəfindən girov götürülüb.
Aşıq başına gələnlərlə bağlı bunları danışıb: "Bu barədə nə tez xəbər tutdunuz? Özüm hələ o günün dəhşətindən ayılmamışam. Şənbə günü toyda idim, sazı başımda fırladanda yanımdakı kişiyə dəydi. Arxada dayandığı üçün onu görməmişdim. Kişi ağridan huşunu itirdi. Tez onu məclisdən çıxarıb, təcili yardım maşını çağırdılar.
Ev yiyəsinin qohumu idi, həkim gələnə qədər onu özünə gətirə bilmədilər. Bir də gördüm ki, kişinin "vor-zakon” qohumları məni dartıb, direktorun otağına apardılar. Stulda oturdub, tapançanı başıma dirədilər. Dedilər, kişi özünə gəlməsə, qanın getdi. Allaha yalvardım ki, İlahi, möcüzə yarat, qürbətdə bunların əlində ölməyim. Allah üzümə baxdı, kişi özünə gəldi. Qorxudan ayaqlarım tutulmuşdu. Keçirdiyim o stresdən sonra necə özümə gələcəm, bilmirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər