“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir
16-05-2017, 12:21
Oxunub: 3 121
"Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir
Operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan etdi. Artıq "Nar” abunəçiləri qeyd edilən ərazidə 3G və 2G xidmətlərindən yararlana bilirlər. Hazırda abunəçilərə xidmət göstərən "Nar” şəbəkəsi 6041 baza stansiyasını əhatə edir.
"Nar” Azərbaycanın hər bir bölgəsinə xüsusi diqqət və həssaslıqla yanaşır. Operator ölkənin müxtəlif bölgələri üçün xüsusi tariflər tətbiq edib, əhalinin bütün kateqoriyalarından olan istifadəçilərin maraq və ehtiyacları nəzərə alıb. Sərfəli qiymət, keyfiyyətli rabitə və bölgələr üçün xüsusi tariflərin tətbiqi nəticəsində bölgələrdəki "Nar” abunəçilərinin sayı əhəmiyyətli dərəcədə artıb.
"Nar” şəbəkəsi haqqında daha ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən almaq olar.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər