Bakıda əri ilə dalaşıb özünü binadan atan qadın barədə təfərrüat - VİDEO
16-05-2017, 16:28
Oxunub: 3 935
Dünən Bakının mərkəzində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb
Lent.az xəbər verir ki, özünü Qoqol küçəsindəki binadan ataraq intihar edən 31 yaşlı Susanna Şərifova evli, 2 uşaq anası olub. Lakin onun həyat yoldaşı ilə rəsmi nikahı olmayıb.
Bildirilir ki, 31 yaşlı qadınla əri arasında münasibətlər pozulubmuş, tez-tez onların arasında münaqişələr baş verirmiş. Dünən ailədə növbəti dəfə münaqişə yaranıb və gənc qadın azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Onun başı betona dəydiyindən ağır xəsarət alıb və xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakının Nəsimi rayonun baş vermiş intihar hadisəsinin görüntüləri yayılıb.
1986-cı il təvəllüdlü Şərifova Susanna Şakir qızı intihar məqsədilə özünü 3-cü mərtəbədən atıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
İntiharın səbəbi araşdırılır.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər