BolgeXeber.Com » Xəbərlər » Azərbaycan MN: Bu il Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 50 nəfərə yaxındır
Azərbaycan MN: Bu il Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 50 nəfərə yaxındır
18-05-2017, 18:50
Oxunub: 2 814
“Bu ilin ötən dövrü ərzində Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 26 deyil, 50 nəfərə yaxındı”
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ermənistan KİV-də bu il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Nazirlikdən bildirilib ki, daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuzda nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağndan ehtiyat edən Ermənistanın hərbi-siaysi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu klimi həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir.
“Aparılan araşdırmalara əsasən, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır. Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməniəsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır”, deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər