“Lotu Quli”nin həbsxanalara göndərdiyi “oğru məktubu” yayıldı: “O əsl…”
18-05-2017, 19:00
Oxunub: 4 143
Azərbaycanlı “qanuni oğru”, hazırda 8 saylı cəzaçəkmə müəssisində saxlanılan Nadir Səlifovun (“Lotu Quli”) həbsxanalara göndərdiyi məktub yayılıb
Rusiya KİV-nin məlumatına görə, “Lotu Quli” və daha bir neçə nəfər “qanuni oğru”nun imza atdığı məktubda “Şarap” ləqəbi ilə tanan Vladislav Qraçın “qanuni oğru” adının bərpasına qərar verilib. Söhbət ondan gedir ki, 2014-cü ilin sentyabrında “taclandırılmış” “Şarap”ın adı mübahisə predmetinə çevrilmişdi. Buna səbəb isə bu günlərdə məhkəməsi başlayacaq “1 nömrəli” kriminal Zaxari Kalaşovun (“Şakro Molodoy”) “qanuni oğru” adı ilə bağlı sərt qaydaları idi. “Şakro” İspaniyadakı cəza müddətini başa vurub Rusiyaya qayıtdıqdan sonra “təmizləmələrə” başlamışdı ki, belə görünür, “Şarap” da onun “qara siyahı”sına düşübmüş.
“Quli” ilə əks düşərgədə olan qruplar uzun müddətdir ki, maraqla gözləyirdilər ki, “Şakro”nun bu qərarına qarşı kim çıxa biləcək, daha doğrusu, “Şarap əsl oğrudur” deyib ortaya çıxacaq. İndi “Quli” bu işi öhdəsinə götürüb və onunla bərabər bir neçə nüfuzlu “qanuni oğru” da məktuba imza atıb.
Qeyd edək ki, “Şarap” “Quli”nin dəstəyi ilə bu “tac” alıbmış. “Şarap” özü də hazırda həbsdədir.
Müsavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər