Məşhur yazıçı “Azercell”in layihəsindən şikayətləndi - FOTO
19-05-2017, 11:01
Oxunub: 4 345
Yazıçı Tural Cəfərov (Qan Turalı) “Azercell Bookmate” layihəsindən narazılığını bildirib
Öz “Facebook” səhifəsində layihəyə iradını bildirən T.Cəfərov azərbaycanlı yazıçıların kitablarının “Azercell Bookmate”də gec qoyulmasından gileylənib.
Yazıçı ondan kitablarının e-pub versiyasını istəyəndə maraqlanıb və oxucuların bu kitablar üçün pul ödəməli olacaqlarını öyrənib. Maraqlı məqam ondan ibarətdir ki, yazıçıya faktiki olaraq pul ödənilmir.
“Pul da istəmirik, bu heç. Amma bir şirkət niyə ədəbiyyatdan pul qazansın ki? Üstəlik, yazıçı qazanmadığı halda.
Dedilər bəs, heç biz də qazanmırıq, beynəlxalq layihədir, biz də ora ödəyirik. Mən də cavab olaraq dedim ki, fallardan, hikmətli aforizmlərdən, telefonumuza göndərdiyiniz “epilyasiya” elanlarından əldə etdiyiniz pulla layihəni maliyyələşdirsəniz, o zaman sizə kitablarımı verərəm.
Oxucu da beləcə kitabı pulsuz oxuyar. Bəlkə kiminsə kitab almağa pulu yoxdur. Bəlkə deyəndə ki, yoxdur da. Amma bir də o boyda operator bu kiçik layihənin maliyyə məsələsini təmin etməyərək kitab oxumaq üçün oxucudan pul alırsa, məni bağışlayın, mən oxucumla aramda mobil operator qoya bilmərəm, - deyə Tural Cəfərov yazıb.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Oxu.Az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər