BolgeXeber.Com » Xəbərlər » Bərdədə mədəniyyət müəssisələri arasında əməkdaşlıq davam etdirilir-FOTO

Bərdədə mədəniyyət müəssisələri arasında əməkdaşlıq davam etdirilir-FOTO

31-05-2017, 16:52
Oxunub: 3 505 Bərdədə mədəniyyət müəssisələri arasında əməkdaşlıq davam etdirilir-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyindəki mədəniyyət müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirir

Mədəniyyət və turizm sahəsinin təbliğini, bu sahələrdə qabaqcıl iş təcrübəsinin əldə edilməsini, davamlı inkişafı və bilavasitə Qarabağ mədəniyyətini nümayiş etdirilməsi üçün Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi müxtəlif tipli layihə və tədbirlər həyata keçirir. Bütün bunlarla yanaşı qarşılıqlı iş təcrübəsinin inkişaf etdirilməsini qarşıya qoyan Regional İdarə artıq bu prosesi bir ən-ənə olaraq davam etdirir. Davam etməkdə olan qarşılıqlı əməkdaşlıq əlaqələrindən biri bu dəfə Regional İdarənin Yevlax şəhər və Bərdə rayon nümayəndəliyi arasında baş tutub. Belə ki, İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən şəhid Əsgər Həsənov adına Malbinəsi kənd uşaq musiqi məktəbi Bərdə rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Kətəlparaq kənd uşaq Musiqi məktəbinin qonağı olub.
Təşkil olunan tədbirdə çıxışlar səsləndirilərək məktəbin şagird və müəllim heyətinin təqdim etdiyi konsert proqramı dinlənilib.
Tədbiri giriş sözü ilə Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbinin direktoru Əlvanə Məmmədova açıb. Əlvanə xanım təşrif buyurmuş qonaqları salamlayaraq onların Bərdə rayonunda, o cümlədən Kətəlparaq kənd uşaq musiqi məktəbində olmalarından çox mənmun olduğunu bildirib.
Sonra çıxış edən Regional İdarənin məsləhətçisi Səbuhi Qasımov İdarənin tabeliyində olan müəssisələr arası qarşılıqlı əməkdaşlıq əlaqələrindən söz açıb. O qeyd edib ki, : - “ Bu tədbir Regional İdarə daxilində təşkil olunan əməkdaşlıq əlaqələrindən biridir və onu da qeyd edim ki, bu cür tədbirlər getdikcə daha da geniş miqyas alacaqdır”.
Çıxışlardan sonra söz Yevlax rayon şəhid Əsgər Həsənov adına Malbinəsi kənd uşaq musiqi məktəbinin kollektivinə verilib. Onlar isə öz növbələrində bir birindən gözəl musiqi nömrələri səsləndirərək tədbir iştirakçılarına zövq dolu gözəl anlar yaşadıblar.
Tədbirin sonunda çıxış edən Yevlax rayon şəhid Əsgər Həsənov adına Malbinəsi kənd uşaq musiqi məktəbinin direktoru Müşviq Əliyev öncə yaradılan şəraitə görə musiqi məktəbinin rəhbərliyinə öz minnətdarlığın bildirib. Daha sonra o bu layihəyə çox böyük dəyər verdiyini və bundan sonra da geniş şəkildə təşkil olunmasının vacibliyini vurğulayıb.
Bolgexeber.com