Fermerlərin dərdi nədir? - ŞİKAYƏT
1-06-2017, 14:42
Oxunub: 2 677
"Ölkədə yetişdirilən kənd təsərrüfatı və ərzaq məhsullarının xaricə çıxışını çətinləşdiriblər
Bununla da sahibkar və əkinçilərin işini əngəlləyirlər. Fitosanitar karantin sertifikatını 100-150 manata satırlar, halbuki, bu sertifikatın dövlət rüsumu 35 manatdır". DİA.AZ bildirir ki, bunu ölkə xaricindəki bazarlara kənd təsərrüfatı məhsullarının ixracıyla məşğul olan sahibkar Cəlil Musayev deyir. O, xaricə daşınan məhsulların sənədləşmələrinə görə rüsumdan bir neçə dəfə çox pul alınmasından şikayətçidir:
"Mən əsasən, gilas, alma, pomidor, xiyar aparıram. Ancaq sənədlərə görə istədikləri pulu verməyəndə yükləri müxtəlif bəhanələrlə gecikdirirlər. Günlərlə yükdə qalan ərzaqlar və kənd təsərrüfatı məhsulları zay olur. Ərzaq məhsulları aparan sahibkarlar var ki, məhsulları gecikmə üzündən xarab olanda oturub ağladıqlarını görmüşəm".
Sahibkar deyir, bir dəfə kənd təsərrüfatı nazirinin bölgələrdə keçirdiyi qəbulda olub və bununla bağlı şikayətini bildirib. Nazir də ona belə məzmunda şikayət daxil olmadığını deyib və məsələni araşdıracağına söz verib: "Ancaq yenə köhnə hamam, köhnə tasdır. Mən düzgünlüyü, qanunu sevən, bir az da prinsipial adamam. Deyirəm, ‘qanunla rüsum nədir, ödəyim, əlavə pul verməyəcəm’. Buna görə də hər dəfə yükü saxlayırlar, sənədləşməni ləngidirlər, nəticədə məhsulların Rusiya bazarına yarısı salamat gedib çıxır, yarısı elə gözləmələrdə çürüyür".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər