BolgeXeber.Com » Xəbərlər » Bərdədə “İnsan Hüquqları aylığı“mövzusunda tədbir keçirilmişdir-FOTO

Bərdədə “İnsan Hüquqları aylığı“mövzusunda tədbir keçirilmişdir-FOTO

1-06-2017, 13:32
Oxunub: 2 285 Bərdədə “İnsan Hüquqları aylığı“mövzusunda tədbir keçirilmişdir-FOTO  31 may 2017-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax Bölgəsi üzrə şöbəsinin və Bərdə RİH-nin təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı “ mövzusunda Bərdə rayon 6 saylı orta məktəbdə tədbir keçirilmişdir

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax Bölgəsi üzrə şöbənin əməkdaşı Rahib İbrahimov, Bərdə rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə rayon İmamzadə məscidi dini icmasının sədri Ramazan Hüseynov, məktəbin direktoru Elşad Məmmədov başda olmaqla məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulamış, dövlətimizin insan hüquq və azadlığı istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs etmişdir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax Bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasnın Konstitusiyasında əks olunmasından, bu sahədə qəbul edilmiş qanunvericiliklərdən, o cümlədən Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqlar günü” kimi qeyd olunmasından və ölkəmizdə hər il 18 iyun tarixinin Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunmasından bəhs etmişdir. Rahib İbrahimov həmçinin Azərbaycan Respublikasnın İnsan Hüquqları üzrə Müvəkkili təşkilatının hər il mayın 18-dən iyunun 18-ə kimi “İnsan Hüquqları aylığı “ elan etməsi və bu istiqamətdə müxtəlif dövlət orqanlarının, o cümlədən DQİDK-nin həyata keçirdiyi tədbirlədən bəhs etmişdir.
Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinn rəisi Anar Şahbazov, Bərdə İmamzadə məscidi dini icmasının sədri Ramazan Hüseynov, 6 saylı orta məktəbin müəllimi Nürəddin Əliyev də mövzu ilə bağlı çıxış etmişdirlər.
Çıxış edən natiqlər ölkəmizin tolerantlıq, multikulturalizm , islam həmrəyliyi ideyalarını dünyaya yüksək səviyyədə çatdırmasından bəhs etmiş, insan hüquqları və azadlıqları sahəsində əldə etdiyi nailiyyətləri qeyd etmişdirlər.Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.
Bolgexeber.com
Bərdədə “İnsan Hüquqları aylığı“mövzusunda tədbir keçirilmişdir-FOTO
Bərdədə “İnsan Hüquqları aylığı“mövzusunda tədbir keçirilmişdir-FOTO
Bərdədə “İnsan Hüquqları aylığı“mövzusunda tədbir keçirilmişdir-FOTO