BolgeXeber.Com » Xəbərlər » 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir

1-06-2017, 17:21
Oxunub: 3 742 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində Heydər parkında Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirildi

Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənliyində rayonun ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlar da iştirak etdilər.

Bolgexeber.com xəbər verir ki, tədbir Seydimli kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların “Sülhə səs verin” şeiri ilə başladı. Havaya sülh göyərçinləri və şarlar qalxdı.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Rayon rəhbəri xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Sonra rayon rəhbəri yeni tikilib istifadəyə verilmiş 100 yerlik körpələr evi-uşaq bağçasından, uşaq-gənclər şahmat məktəbindən də söhbət açdı. İstifadəyə verilən obyektlər dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğının təzahürü olduğunu bildirdi.

Qeyd olundu ki, rayonun düşmənlə 48 km məsafədə təmas xətti var. Döyüşlərdə insanlarımız şəhid olubdur, qurbanlar vermişik. Təəssüf ki, hələ böyüməmiş, dünyanı görə bilməmiş uşaqlar da bu faciənin qurbanları olublar. 1990-cı il 20 yanvar faciəsində də, Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilmiş Xocalı soyqırımında da uşaqlar həlak olublar, uşaqlar qurban gediblər. Bunlar hamısı bizi kədərləndirir.

Rayon rəhbəri bu günkü uşaqların XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacağını vurğuladı. Bildirdi ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər.

Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etdilər.

Uşaq Yaradıcılıq Mərkəzinin rəqs dərinəyinin üzvlərinin, Tərtər şəhər 1, 2, 3, 4 saylı və Seydimli kənd körpələr evi-uşaq bağçasının uşaqlarının çıxışları alqışlarla qarşılandı. Tədbirdə iştirak edən ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri də maraqlı nömrələrlə çıxış etdilər.

Tədbirdə Tərtər şəhər 4 saylı, Seydimli kənd körpələr evi-uşaq bağçalarının, Uşaq Yaradıcılıq Mərkəzinin kollektivləri rayon icra hakimiyyəti, Tərtər şəhər 1 və 2 saylı körpələr evi-uşaq bağçalarının kollektivləri isə rayon təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlarla təltif edildi. Sonda tədbirdə iştirak edən uşaqlara hədiyyələr paylandı.