BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi-FOTO

Hacıqabulda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi-FOTO

1-06-2017, 18:34
Oxunub: 3 747 Hacıqabulda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi-FOTO1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01.06.2017-ci il tarixində Hacıqabul rayonda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi.Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.Sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi.Tədbirdə Hacıqabul rayonunun bütün idarə və təşkilatlarının nümayəndələri, il ərzində fərqlənən məktəblilər və onların valideyinləri iştirak etdilər.Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov açdı, sonra İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik etdi, onlara xoş arzularını çatdırdı və bir qrup fəal uşağı qiymətli hədiyyələrlə mükafatlandırdı.Sonra Şükür Məmmədov təhsildə fərqlənən bir qrup şagirdə Diplom və hədiyyələr verdi.Sabirabad Regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmraslanov, Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov çıxış etdilər və mədəniyyət və idman sahəsində fərqlənən bir qrup uşağı qiymətli hədiyyələrlə mükafatlandırdılar.Uşaqların adından bir məktəbli qız çıxış edərək onlara göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirdi.
Tədbirin bədii hissəsi parkda açıq havada davam etdirildi. Rayon Mədəniyyət Mərkəzinin instrumental ansambılının müşayəti ilə uşaqların ifasında mahnılar, şeirlər səsləndirildi, gözəl, şən mahnı sədaları altında uşaqlar rəqs etdilər.

Aytən Zülfəliyeva,
Hacıqabul rayon Heydər Əliyev mərkəzinin direktoru
Bolgexeber.com