BolgeXeber.Com » Xəbərlər » Şirkət rəhbəri işə düzəltmə adı ilə 200-dən artıq vətəndaşın pulunu alaraq aradan çıxıb - VİDEO

Şirkət rəhbəri işə düzəltmə adı ilə 200-dən artıq vətəndaşın pulunu alaraq aradan çıxıb - VİDEO

2-06-2017, 09:44
Oxunub: 4 242 Şirkət rəhbəri işə düzəltmə adı ilə 200-dən artıq vətəndaşın pulunu alaraq aradan çıxıb - VİDEOBir qrup vətəndaş işə düzəltmə dələduzluğunun qurbanı olub

Xezerxeber.az bildirir ki, zərərçəkənlərin dediklərinə görə, "Angel-S" Mühafizə Agentliyi adı altında xidmət göstərən şirkət ayrı-ayrı vaxtalarda 200-dən artıq vətəndaşı aldadıb. Müəyyən məbləğdə vətəndaşlardan işə düzəltmə adı altında pul alan Tahir Ağayev adlı şəxs heç bir vədinə əməl etməyib.
Şirkət hətta ödənişlərlə bağlı vətəndaşlara qəbz də verib.
Zərərçəkənlər bir neçə dəfə şirkətdən pullarını tələb etsələr də, ala bilməyiblər. Daha sonra şirkətdə olan digər işçilər Tahir Ağayev ölkədən qaçdığını deyiblər.
Məsələni daha dəqiq araşdırmaq üçün zərərçəkənlərlə birgə Rəşid Behbudov 46 ünvanında yerləşən "Angel-S” Mühafizə Agentliyinə gəldik. Qapılar bağlı olduğundan şirkətdən kiminləsə əlaqə saxlaya bilmədik.
Hüquqşunasların sözlərinə görə, həmin vətəndaşlar konkret olaraq dələduzluq etməkdə şübhəli bilinən Tahir Ağayev barəsində prokurorluq və polis orqanalrına müraciət etməlidir. Həmçinin onlara dəyən maddi zərərin mülki hüquqi qaydada şirkətdən tutulması üçün əllərində olan fakt və sənədlərlə birgə aidiyyatı məhkəməyə də müraciət etməlidirlər. Bu zaman aidiyyati orqanlar məsələni araşdıracaq və lazımı hüquqi qiymət verəcək.
Bolgexeber.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: