Anasının "bakirədir" dediyi idmançımızın oğlu oldu
2-06-2017, 13:25
Oxunub: 5 359
Hamilə olduğu üzə çıxan və bu səbəbdən ağır atletika üzrə qadınlardan ibarət yığma komandamızdan uzaqlaşdırılan Xumar Məmmədovadan yeni xəbər var
İdmançımız mayın 15-də dünyaya oğlan uşağı gətirib. Məlumatı Məmmədovanın ailə üzvləri də təsdiqləyiblər. Uşağın atasının idmançı ilə eyni kənddən olduğu bildirilir.
Ancaq maraqlıdır ki, bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verən Xumarın anası Sevinc Məmmədova qızının hamilə olması ilə bağlı xəbərləri təkzib etmiş, bunu yalan adlandırmışdı:
"Mən qızıma inanıram. Onun hamilə olması ilə bağlı deyilənlər yalandır. O, bakirədir, buna adım kimi əminəm və bunu sübut edəcəm. Yığmanın düşərgəsində Kərim Kərimli, Təranə Abbasova və Natalya Prişepaya göstərəcəm ki, qızım tərtəmizdir. Mən övladımdan şübhələnsəydim, onu evdən bayıra buraxmazdım. Bu məqsədlə yaxın günlərdə Bakıya gəlib, hər şeyə aydınlıq gətirəcəm. Hamıya qızımın bakirə olduğunu sübut edəndən sonra qabağımda kim dayana biləcək?!"
Qeyd edək ki, bir müddət əvvəl uşağın atasının xanım idmançının şəxsi məşqçisi Kərim Kərimli olduğu bildirilirdi. Ancaq Kərimli iddia ilə razılaşmayaraq, bunu "quru iftira" adlandırmışdı.
yenicag.az
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər