BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində seminar-müşavirə keçirilib
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində seminar-müşavirə keçirilib
2-06-2017, 20:12
Oxunub: 3 179
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan nümayəndəliklərdə seminar-müşavirələr keçirilir
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində mədəniyyət işçilərinin seminar-müşavirə keçirilib.
Müşavirədə çıxış edən Regional İdarənin məsləhətçisi Validə Nabatova cari aylar ərzində görülmüş işlərdən, səmərəli fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələrdən, fəaliyyətinə görə seçilən mədəniyyət müəssisələrindən ətraflı şəkildə söz açıb. Bundan başqa Validə xanım çıxışında qarşıdan gələn “15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günü”, “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”, “26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” kimi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində tapşırıq və tövsiyyələrini verib.
Çıxışdan sonra Validə xanım seminar-müşavirə iştirakçılarını maraqlandıran fikir və məsələlərə aydınlıq gətirib. Belə ki, bəzi məsələlər elə yerindəcə həllini tapıb.
Seminar-müşavirənin davamı olaraq Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi möhtəşəm konsert proqramı ilə çıxış edib.
Bir birindən maraqlı musiqi parçaları alqışlarla və böyük coşğu hissi ilə qarşılanıb.
***
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində də mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən Seminar-müşavirədə Mədəniyyət Mərkəzinin fliallarında fəaliyyət göstərən özfəaliyyət dərnəklərinin baxış müsabiqəsində qalib olmuş istedadlı dərnək üzvlərinin çıxışları təqdim olunub.
Sonra baxış müsabiqəsində fərqlənən dərnək üzvlərinə dəyərli hədiyyələr və fəxri fərmanlar təqdim edilib.
Seminar-müşavirədə çıxış edən Regional İdarənin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov baxış müsabiqədə fərqlənən mədəniyyət müəssisələrinə və dərnək üzvlərinə təşəkkürünü bildirib. Daha sonra o qarşıda duran vəzifələrdən söz açıb.
Seminar-müşavirənin gündəliyində duran məsələlər geniş müzakirə olunub. Bundan başqa müxtəlif mövzularda müzakirələr aparılaraq mədəniyyət işçilərinin fikirləri dinlənilib.
Bolgexeber.com



Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər