BolgeXeber.Com » Xəbərlər » Telefon xətti çəkmək üçün nə kabel var, nə dirək, nə də qutu - Sabunçudan şikayət - FOTO

Telefon xətti çəkmək üçün nə kabel var, nə dirək, nə də qutu - Sabunçudan şikayət - FOTO

3-06-2017, 11:24
Oxunub: 5 555 Telefon xətti çəkmək üçün nə kabel var, nə dirək, nə də qutu - Sabunçudan şikayət - FOTO"Dedilər ki, paylayıcı qutuları yoxdur"

Bakının Sabunçu rayonu Ramana qəsəbəsi sakini Faiq Tofiq oğlu Osmanov Milli.Az-a məktubla müraciət edərək evinə telefon xəttinin çəkilməsi ilə bağlı yaranmış problemdən şikayət edib.

Onun sözlərinə görə, artıq ay yarımdır ki, yaşadığı ünvana telefon xəttinin çəkilməsi ilə bağlı müraciət etsə də, hər dəfə müxtəlif bəhanələr gətirilir:

"Evimiz Ramana qəsəbəsində Gülçülük sovxozu 166 nömrəli avtobus marşrutunun son dayanacağının, "Şamlıq" deyilən ərazinin yanında yerləşir. Bir aydan da çoxdur ki, evə telefon xəttinin çəkilməsi ilə əlaqədar Sabunçu Telefon Qovşağına 1 ərizə ilə müraciət eləmişəm. Müraciət etdikdən beş gün sonra oradan mobil telefona gizli nömrə ilə zəng etdilər. Bir nömrə verib dedilər ki, əlaqə saxlayım. Zəng edib əlaqə saxladıqda dedilər ki, telefon xəttinin çəkilməsi üçün lazım qədər telefon kabellərimiz yoxdur. Vəziyyətlə yerində maraqlanmaq üçün Telefon Qovşağına getdim. Bu dəfə tamam başqa səbəb göstərdilər. Dedilər ki, paylayıcı qutuları yoxdur. Daha sonra dedilər ki, telefon dirəyi də yoxdur. Halbuki məhəllədə ətrafımızda olan evlərin demək olar ki, hamısında telefon xətti var. Ona görə də mənə bu süründürməçiliyin səbəbi bəlli olmadı".
Şikayətçinin sözlərinə görə, o məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) də elektron formada məktubla müraciət edib: "Təəssüf ki, nazirlikdən də bir reaksiya verən yoxdur. İndi qalmışıq belə, bilmirik kimə dərdimizi deyək. 21-ci əsrdir, amma bizimkilər hələ kabel, qutu, dirək yoxluğundan şikayət edir. İndiki dövrdə rabitənin, telefon xəttinin nə qədər vacib olduğunu demək olar ki, balaca uşaq da bilir. Amma biz bütün bu inkişafdan kənarda qalmışıq".

Problemlə bağlı Sabunçu Telefon Qovşağına müraciət etdik. Qovşaqdan Milli.Az-a bildirdilər ki, ola bilər ki, həmin ünvanda evin yaxınlığındakı paylayıcı qutuda əlavə nömrə üçün artıq yer yoxdur. Ona görə belə alınıb. Bir-iki abonentə görə isə əlavə qutu qoymaq sərfəli deyil. Hər halda Qovşaqdan bildirdilər ki, məsələni nəzarətə götürəcək və tezliklə həll etməyə çalışacaqlar.