BolgeXeber.Com » Xəbərlər » “Elə insanlar var ki, yol pulunu güclə tapır, 40-50 manatı necə ödəsin?”

“Elə insanlar var ki, yol pulunu güclə tapır, 40-50 manatı necə ödəsin?”

3-06-2017, 14:18
Oxunub: 3 699 “Elə insanlar var ki, yol pulunu güclə tapır, 40-50 manatı necə ödəsin?”Vahid Əhmədov: “İmtahanlara görə ödəniş ləğv edilməlidir”

DİM-in publik hüquqi şəxs statusu almasından sonra bu günə qədər pulsuz olan xidmətlərin ödənişli olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox vətəndaşlar hesab edir ki, imtahanların pullu olması xeyli sayda gəncin təhsil imkanlarını məhdudlaşdırır ki, bu da istənilən parametr baxımından arzuedilməzdir. Bəs bütün xərclərin əvvlki kimi dövlət tərfinən qarşılanması mümkün deyilmi?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı Milli Məclisdə konkret təkliflər verdiyini söylədi:
“Mən bu məsələni keçən dəfə Milli Məclisdə qaldırdım. Publik hüquqi şəxslər haqqında qanuna dəyişiklik edilirdi. Bu qanun qəbul ediləndən sonra bir qısra qurumlar publik hüquqi şəxslərə çevrildi. Bunların arasında DİM də vardı.
Bu, sosial bir layihədir. Müstəqilliyin ən əsas atributlarından biri olub. Bildiyiniz kimi, dövlət başçısı cənab İlham Əliyev də sosial layihələr çox böyük önəm verir. Hətta büdcə müzakirələri zamanı büdcənin 30-35%-i sosial layihələrə sərf edilir.
DİM-ə dövlət büdcəsindən cəmi 7 milyon manat vəsait ayrılırdı. 7 milyon vəsaitə görə bu boyda böyük sosial layihnin qarşısına almaq zənnimcə, düzgün deyil. Elə şagirdlər var ki, onlar kəndlərdən, rayonlardan gəlirlər. Onların 40-50 manat ödəmək imkanı azdır. Bunu dövlət vəsaiti hesabına saxlamaq lazım idi ki, insanlar əziyyət çəkməsinlər. Bu boyda sosial layihəyə belə bir zərbə vurmağa ehtiyac yox idi. Bu, insanlar üçün çox önəmli bir məslədir. Bizə bununla bağlı müraciətlər olur. Qusarın, Qubanın, Lənkəranın, Lerikin uzaq kəndindən gələn elə insanlar var ki, onlar 40-50 manat ödəmək iqtidarında deyillər. Onlar yol pulunu güclə tapan insanlardır. Ona görə də hesab edirəm ki, bunu dövlət vəsaiti hesabına saxlamaq lazımdır”.