BolgeXeber.Com » Xəbərlər » “Bəzən şadlıq evlərində məclislərdə iştirak edən zaman görürük ki…” - Deputatdan etiraz

“Bəzən şadlıq evlərində məclislərdə iştirak edən zaman görürük ki…” - Deputatdan etiraz

5-06-2017, 12:52
Oxunub: 2 096 “Bəzən şadlıq evlərində məclislərdə iştirak edən zaman görürük ki…” - Deputatdan etiraz“Belə bir qanunun qəbul olunması ilə bağlı uzun müddət idi cəmiyyətdə müzakirələr, mübahisələr gedirdi

Hətta, xaricdən ölkəmizə gələn mütəxəssislər də daim bu məsələni bizdən soruşur, maraqlanırdılar. İndi çox sevindirici və əlamətdar haldır ki, belə bir sənəd ərsəyə gətirilib və artıq 3-cü oxunuşun müzakirələrinə çıxarılıb”.
Gununsesi.info-nun xəbərinə görə, bunu iyunun 5-də Milli Məclisin (MM) Sosial siyasət və əmək, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin 3-cü oxunuşda müzakirəsi zamanı millət vəkili Məlahət İbrahimqızı deyib.
O, eyni zamanda bildirb ki, ancaq onu qanunun icrasında üzə çıxa biləcək bir sıra məqamlar maraqlandırır:
“Çünki hamının mədəniyyət səviyyəsi eyni deyil. Hamı eyni yüksək mədəniyyətə malik deyil. Bəzən şadlıq evlərində məclislərdə iştirak edən zaman görürük ki, yaxınlığımızda əyləşən bir insan kimsəni nəzərə almadan siqaret çəkir, insanların əhvalını, sağlmalığını korlayır. Bu baxımdan bilmək istəyirəm ki, qanunun icrasında bu məsələ necə tənzimlənəcək. Ona görə yaxşı olardı ki, bunun qarşısının alınması ilə də bağlı kiçicik bir məqam nəzərdə tutulaydı”.
Komitə sədri Hadi Rəcəbli də deyib ki, qanun layihəsində nəzərdə tutulan “xüsusi ayrılmış yerlər” məsələsi məhz bu məqamı tənzimləyəcək.
qudret-hesenquliyev-99
Qüdrət Həsənquliyev: “Bəzi qruplar var ki, onlar orta məktəb şagirdlərinə siqaret paylayırlar… ”
Millət vəkili Qüdrət Həsənquliyev isə orta məktəblərdə şagirdlərin bəzən siqarət çəkməyə təşviq edilməsindən narahatlığını dilə gətirib:
“Bəzi qruplar var ki, onlar orta məktəb şagirdlərinə siqaret paylayırlar. Onlar da bir dəfə, iki dəfə çəkdikdən sonra siqaret aludəçisinə çevrilirlər. Bu, çox ciddi və narahatlıq doğuran bir məsələdir və bunun qarşısının alınması ilı bağlı kəskin addımların atılması vacibdir”
Bolgexeber.com