İcra başçısının qardaşı yol qəzasında öldü
6-06-2017, 14:06
Oxunub: 3 353
Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev Rusiyada yol qəzasında həyatını itirib
Bakupost.az xəbər verir ki, Ə.Babayev Novosibirsk şəhərindən 50 kilometr aralıda avtomobil qəzası törədib və dünyasını dəyişib.
Məlumata görə, o, Rusiyada bizneslə məşğul olurdu. 1978-ci ildən Novosibirskdə yaşayan Əliağa Babayevin cənazəsi iyunun 7-də Mingəçevirə gətiriləcək.
Yada salaq ki, ötən il icra başçısının bacısı və nəvələrinin olduğu avtomobil Ucar rayonu ərazisində yol qəzası tödərib. "Toyota" markalı avtomobillə törədilən qəzada başçının bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər.
İcra başçısının Babaş Babayev adlı qardaşı isə 15 il əvvəl Ağsu aşırımında baş verən ağır qəzada ölüb.
Onun digər qardaşı Hacı Xanəli Babayev isə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Mingəçevir şəhərinin axundudur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər