BolgeXeber.Com » Xəbərlər » İcra başçısının qəzada ölən qardaşıyla bağlı ilginc məlumatlar - Putin mükafat veribmiş
İcra başçısının qəzada ölən qardaşıyla bağlı ilginc məlumatlar - Putin mükafat veribmiş
6-06-2017, 18:53
Oxunub: 2 777
Zərdab rayonunun icra başçısı Lütvəli Babayevin Novosibirskdə yol qəzası zamanı ölən qardaşı Əliağa Babayev Rusiyada nüfuzlu şəxslərdən imiş
Bu barədə BakuPost.az-a L.Babayev özü məlumat verib. İcra başçısı bildirib ki, Ə.Babayev uzun illər Novosibirskdə yaşayıb və diaspor sahəsində xeyli xidmətləri olub. O, Novosibirsk Azərbaycan Cəmiyyətinin vitse-prezidenti olaraq azərbaycanlıların təşkilatlanması, onların qarşılaşdığı problemlərin həlli və Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi istiqamətində mühüm işlər görüb. Elə buna görə də Rusiya prezidenti Vladimir Putin onu ali dövlət mükafatı ilə təltif edib.
L.Babayev əlavə edib ki, qardaşının Rusiyanın və Novosibirskin dövlət məmurları ilə sıx münasibətləri olub. İcra başçısı ötən il 60 yaşını qeyd edən Əliağa Babayevin 2 oğul övladının olduğunu da bildirib: "Birinin adı Hüseyndir, birinin isə Məhəmməd. Məhəmməd Novosibirskdəki universitetlərdən birində hüquq fakültəsində oxuyur. O biri oğlu isə orta məktəb şagirdidir”.
Qeyd edək ki, Ə.Babayev Novosibirskdə "Lexus” markalı avtomobili ilə qəzaya düşüb. Onun qəza törətməsinə səbəb kimi ürəyinin qəfildən tutması göstərilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər