BolgeXeber.Com » Xəbərlər » İŞİD-ə qoşulduğu iddia olunan azərbaycanlı qadın danışdı: “Anamı qıcıqlandırmaq üçün…”
İŞİD-ə qoşulduğu iddia olunan azərbaycanlı qadın danışdı: “Anamı qıcıqlandırmaq üçün…”
7-06-2017, 09:35
Oxunub: 4 176
Aydan Qəribova deyib ki, Türkiyədə oturum icazəsi ala bilmədiyi üçün övladlarının təhsil almasında problem yaranıb və buna görə doğulduğu Gürcüstanın Qardabani rayonuna qayıdıb
İŞİD terror təşkilatının tərkibinə qoşulduğu iddia olunan və barəsində cinayət işi açılan Gürcüstan vətəndaşı olan azərbaycanlı Aydan Qəribova “Bizim Yol”a açıqlama verib.
Bizimyol.info xəbər verir ki, o, barəsində cinayət işinin açıldığını və Rusiyaya daxil olmasına qadağa qoyulduğunu təsdiqləsə də, İŞİD-ə qoşulması iddiasını təkzib edib.
Onun sözlərinə görə, yalnış anlaşılma nəticəsində başına bu iş gəlib: “Məni 14 yaşında qaçırıb adətlərə qurban ediblər. Mənim 3 övladım var. Ailə-məişət zəminində davamlı problemlər olduğu üçün həyat yoldaşımdan ayrıldım. Türkiyəyə üz tutdum. Övladlarımı da özümlə apardım. Valideynlərim Rusiyada yaşayırdı. Mən valideynlərimlə və keçmiş həyat yoldaşımla bir müddət əlaqəni kəsdim. Sonra isə “Whatsapp” vasitəsilə əlaqə saxlayırdıq. Uşaqlığımı əlimdən aldıqlarına və həyatımı məhv etdiklərinə görə mən anamı qıcıqlandırmaq üçün gülərək İŞİD-ə qoşulduğuma ehyam etdim. Anam və həyat yoldaşım bu sözümü ciddi qəbul ediblər və hüquq mühafizə orqanlarına müraciət ediblər. Ötən ilin aprel ayında barəmdə cinayət işi açılıb. Mənim beynəlxalq axtarışa verildiyim deyilir. Mənim yerim bəllidir”.
Aydan Qəribova deyib ki, Türkiyədə oturum icazəsi ala bilmədiyi üçün övladlarının təhsil almasında problem yaranıb və buna görə doğulduğu Gürcüstanın Qardabani rayonuna qayıdıb. Hazırda o, 80 yaşlı əlilliyi olan nənəsi ilə birlikdə burda yaşayır. A.Qəribova nə Suriyaya və İraqa, nə də Dağıstan Respublikasının qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə getmədiyini bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər