"İş adamı Məhərrəm Novruzova qarşı iddialar əsassızdır"
7-06-2017, 13:02
Oxunub: 7 925
İş adamı Məhərrəm Novruzova qarşı iddialar əsassızdır
Bu bərədə Nəzər Bolgexeber.com-un sualını cabablandırarkən "Qurtuluş-93" Yaşayış Kompleksinin mətbuat katibi Turqay Abbaslı deyib. Onun sözlərinə görə, Nazim Qəzənfərovun ittihamlarının əsası yoxdu. Tam əksinə bu məsələdə günahkar tərəf Qəzənfərovun özüdür. Belə ki, Nazim Qəzənfərov Məhərrəm Novruzova müxtəlif vaxtlarda külli miqdarda ziyan vurmuşdur. Nazim Qəzənfərov Məhərrəm Novruzovun maddi vəsaiti həsabına Ukraynanın Lvov şəhərində qanunsuz yollarla saxda sənədlər hazırlayaraq bina tikdirmişdir. Tikintisi başa çatmış bina qeyri-qanuni yollarla tikildiyi üçün Lvov şəhər meri tərəfindən sökülmə qərarı çıxarılmışdır və nəticədə Məhərrəm Novruzova külli miqdarda maddi zərər dəymişdir. Bu tip hallar bir neçə dəfə baş vermişdir. Novruzov bu məsələlərlə əlaqədar olaraq hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edib.
Nazim Qəzənfərovun qardaşı Qəzənfər Qəzənfərovun polis tərəfindən saxlanılmasına və ya ona qarşı təziqlərin olması da əsassızdır. Çünki belə bir hal baş verməyib. Bu gün Qəzənfərovun bir çox quhumları Məhərrəm Novruzovun şirkətlərində çalışır və onlara heç bir təziq yoxdur.
Məhərrəm Novruzov haqqında isə onu deyə bilərəm ki, dövlətinə, millətinə dəyər verən bir iş adamıdır. Həcc ziyarətində belə olan Məhərrəmov hətta xeyriyyə işləri ilə də məşğuldur. Bunu da qeyd etmək istəyirəm ki, Məhərrəm Novruzov şəxsi hesabına Masazır qəsəbəsində və ölkəmizin müxtəlif şəhər və rayonlarında gedən yenidənqurma və abadlıq işləri zamanı öz töhvəsini verib.
Qeyd edək ki, Nazim Qəzənfərov mətbuat vasitəsi ilə Məhərrəm Novruzova qarşı iddialar səsləndirmişdi.
P.S.Qarşı tərəfin də mövqeyini açıqlamağa hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər