BolgeXeber.Com » Xəbərlər » Bakıda şok hadisə: Məhkəmə icraçıları vətəndaşın avtomobilini oğurladı - VİDEO

Bakıda şok hadisə: Məhkəmə icraçıları vətəndaşın avtomobilini oğurladı - VİDEO

7-06-2017, 17:47
Oxunub: 1 822 Bakıda şok hadisə: Məhkəmə icraçıları vətəndaşın avtomobilini oğurladı - VİDEOBu gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində Yasamal rayon məhkəməsinin icraçıları vətəndaş Rəhimov Müqəddəs Həbibulla oğluna məxsus avtomobili oğurlamaq istəyərkən kameralarımıza tuş gəlib

Avropa.info xəbər verir ki, bir neçə gün şikayətçi, Bakı şəhər sakini Müqəddəs Rəhimovu izləyən icraçılar nəhayət ki, bu gün onun mülkiyyətində olan 90-MZ-926 dövlət nömrə nişanlı Şkoda Yeti avtomobilini oğurlamaq qərarına gəliblər.
M. Rəhimov bildirir ki, məsələnin kökündə onun 2015-ci ildə Bank of Bakudan götürdüyü 6500 manat məbləğində kredit ödənməsi durur.
2015-ci ildə Bank of Bakudan kredit götürən M. Rəhimov 2016-cı ilin mart ayına qədər vaxtlı-vaxtında ödənişlərini edib. Həmin ilin mart ayından isə yaranmış problemlərlə bağlı ödənişi həyata keçirə bilməyib.
Qanuna uyğun olaraq bir müddət sonra vətəndaşın krediti ödəməməsi səbəbilə Yasamal rayon məhkəməsinə müraciət edib.
Bankın məhkəməyə müraciəti ilə bağlı isə M. Rəhimova heç bir məlumat verilməyib.
“Bu ilin mart ayında icraçılar zəng edib dedilər ki, 525 manat icra haqqı ödəməlisən. Daha sonra məndən əlavə olaraq 200-300 manat istədilər və dedilər ki, bankla olan məsələni biz həll edəcəyik, ayda 100 manat ödəyərsən.”
Daha sonra şikayətçi M. Rəhimov məsələ ilə banka müraciət edib və ayda 200 manat ödəmək şərtilə Bank of Baku ilə razılığa gəliblər.
Bu gün səhər saatlarında isə vətəndaş M. Rəhimova heç bir xəbərdarlıq olunmadan onu güdüb iş yerinin qarşısından avtomobili aparmağa çalışıblar.
Avtomobil sahibi hadisədən xəbər tutsa da avtomobilin icraçılar tərəfindən aparılmasına mane ola bilməyib.
Yasamal rayon məhkəməsinin Orxan Abdullayev və Məmməd adlı digər icraçısı avtomobili evakuatora mindirərək Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına aparıblar.
Avtomobili cərimə meydançasına yerləşdirən icraçılar buradan avtomobili ancaq özlərinin götürə biləcəkləri barədə meydança əməkdaşlarına təlimat veriblər.