BolgeXeber.Com » Xəbərlər » "Bağçalı Evlər" MTK-dan yazılanlara cavab gəldi: "İddialar əsassızdır"

"Bağçalı Evlər" MTK-dan yazılanlara cavab gəldi: "İddialar əsassızdır"

8-06-2017, 10:57
Oxunub: 6 465 "Bağçalı Evlər" MTK-dan yazılanlara cavab gəldi: "İddialar əsassızdır"Məhərrəm Novruzov futbolumuzun inkişafına mühüm töhvələr vermiş şəxslər sırasındadır

Bir neçə gün əvvəl bəzi xəbər portallarında "Bağçalı Evlər" MTK-nın rəhbəri, iş adamı Hacı Məhərrəm Novruzov haqqında bəzi xoşagəlməz iddialar səsləndirilmişdi

Bolgexeber.com olaraq, bu məsələni araşdırmağa qərar verdik və məlum oldu ki, yazılan bütün iddialar əsassızdır.
"Qurtuluş 93" Yaşayış Kompleksində yaşayan sakinlər qeyd ediblər ki, kompleksdə Məhərrəm Novruzovun təşəbbüsü ilə komfortlu və rahat şərait yaradılıb:
"Uzun müddətdir burda yaşayırıq. İstirahət parkları ən çox müraciət etdiyimiz məkanlardandır. İsti günlərdə uşaqlarımızı da rahatlıqla bu parklara gətiririk.
Bağçanın fəaliyyətindən də çox razıyıq. Uşaqları gözümüz arxada qalmadan bağçada saxlayırıq. Gündəlik nəyə ehtiyacımız olursa, çətinlik çəkmədən əldə edirik." - deyə sakinlər qeyd ediblər.

Həmçinin qeyd etmək lazımdır ki, Məhərrəm Novruzov futbolumuzun inkişafına mühüm töhvələr vermiş şəxslər sırasındadır.
2010-cu ildə Hacı Məhərrəm Novruzov tərəfindən yaradılmış "Əlincə" Futbol Klubu Azərbaycan futbolunun tərəqqisi yönüdə böyük işlər görür.
Klubun bazasında 5 kiçik yardımçı stadion, təbii örtüklü məşq meydançası, 5000 tamaşaçı tutumuna malik süni örtüklü stadion və 13000 tamaşaçı tutumuna malik olan təbii örtüklü stadion yerləşir.
Azərbaycan Futbol Federasiyaları Asossasiyasının bayrağı altında keçirilən yarışlarda iştirak edən "Əlincə" Futbol Klubu U-11, U-13, U-16 komandaları ilə təmsil olunur.
İstedadlı futbolçular öz bacarıqlarını nümayiş etdirmək şansı qazanırlar.
"Qurtuluş 93" Yaşayış Kompleksində yaşayan sakinlərə evlərin kredit ödənişi ilə bağlı təzyiq göstərilmir.

Maddi problem yaşayan şəxslərə rəhbərlik tərəfindən möhlət verilir və həmin şəxslər heç bir çətinlik yaşamadan verilən möhlət müddəti ərzində kredit ödənişini həyata keçirirlər.
Bu da təbii ki, "Qurtuluş 93" Yaşayış Kompleksində sakinlərə göstərilən diqqət və qayğının nəticəsidir.
"Məhərrəm Novruzovdan həmişə razı olmuşuq. Bundan sonra da elə olacaq. Sağolsun, çətin günlərdə bizə əl tutdu, öz hesabına bizi müalicəyə göndərdi."

Kompleksin inkişafı üçün dayanmadan böyük işlər görən Hacı Məhərrəm Novruzov xeyriyyəçi əməlləri ilə sakinlərin rəğbətini qazanmağa davam edir.
Qeyd edək ki, o, dəfələrlə aztəminatlı ailələrin nümayəndələrini öz hesabına ölkə xaricində müalicəyə göndərib. Müalicə müddətinə tələb olunan bütün xərcləri Məhərrəm Novruzov şəxsən özü qarşılayıb.
Əməkdaşlarımız həmin şəxslərlə görüşüb və onların fikirlərini alıb:
"Məhərrəm Novruzovdan həmişə razı olmuşuq. Bundan sonra da elə olacaq. Sağolsun, çətin günlərdə bizə əl tutdu, öz hesabına bizi müalicəyə göndərdi. O olmasa, müalicə pulunu hardan tapacaqdıq, bilmirdik."

"Qurtuluş 93" Yaşayış Kompleksindən təfərrüatlı videoreportajı yaxın saatlarda "Bolge.tv"də izləyə biləcəksiniz.
Bolgexeber.com