BolgeXeber.Com » Xəbərlər » Bərdədə turizmlə bağlı maarifləndirici tədbirlər davam edir-FOTO

Bərdədə turizmlə bağlı maarifləndirici tədbirlər davam edir-FOTO

8-06-2017, 14:56
Oxunub: 2 202 Bərdədə turizmlə bağlı maarifləndirici tədbirlər davam edir-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi Bərdə Turizm İnformasiya mərkəzi ilə birgə regionda turizm potensialının üzə çıxarılması və təbliği məqsədiylə maarifləndirici tədbirləri davam etdiririr

Regionda Turizmin inkişaf etdirilməsi, üzə çıxarılması və təbliği məqsədiylə maarifləndirici tədbirlər təşkil edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və Bərdə Turizm İnformasiya mərkəzi bu dəfə Mingəçevir şəhərində kür çayı sahilində, açıq havada tədbir təşkil etdi. Tədbirdə yerli sakinlərlə yanaşı Bərdə, Tərtər, Yevlax rayonlarının, o cümlədən Mingəçevir şəhərinin mədəniyyət işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə Regional İdarənin Mingəçevir şəhəri üzrə nümayəndəsi Şəlalə Sadəddinova açıb. Şəlalə xanım ölkəmizdə turizm sektorunun önəmindən söz açaraq qeyd edib ki, : - “ Turizm qeyri-neft sektorunun əsas sahələrindən biri olmaqla yanaşı ölkənin beynəlxalq aləmdə tanınması və nüfuzunun güclənməsi üçün mühüm amildir. Bu baxımdan müvafiq maarifləndirici tədbirlərin genişləndirilməsiylə Mingəçevir şəhəri yerli və xarici turistləri daha çox cəlb edə bilər”.

Daha sonra çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov mərkəzinin fəaliyyətindən bəhs edərək hazırlanan turist marşrutlarından, bu barədə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. O, həmçinin Mingəçevir şəhəri üçün spesifik olan ovçuluq və çimərlik turizmindən söz açaraq qeyd edib ki, : - “ Yay mövsümündə fəaliyyətə başlayan şirin sulu çimərlik şəhər əhalisinin və ətraf yaşayış məntəqələrindən dincəlməyə gələn insanların sevimli istirahət yerlərindəndir. Burada həmçinin ilin bütün fəsillərində balıq ovu ilə məşğul olmaq mümkündür ki, bu da öz növbəsində turizmin inkişafına zəmin yaradan amillərdəndir”.

Çıxış edən digər natiqlərdə öz növbələrində şəhərin turizm üçün əlverişli olan potensialından danışıblar. O da qeyd olunub ki, burada yerləşən geniş istirahət parkları, gəmi və kanatla ekskursiya, o cümlədən möhtəşəm mədəniyyət müəssisələri turistləri bura cəlb edən ən mühüm səbəblərdəndir.

Tədbirin sonunda iştirakçıların fikir və təklifləri öyrənilib. Sonra isə söz müsiqiyə verilib. Bir birindən maraqlı və rəngarəng musiqi nömrələri iştirakçıların zövqünə oxşayıb.
Bolgexeber.com