BolgeXeber.Com » Xəbərlər » Özünü "Bank Respublika"nın qarşısında yandıran kişidən xəbər var: - Türkiyəyə aparıldı

Özünü "Bank Respublika"nın qarşısında yandıran kişidən xəbər var: - Türkiyəyə aparıldı

8-06-2017, 16:39
Oxunub: 3 724 Özünü "Bank Respublika"nın qarşısında yandıran kişidən xəbər var: - Türkiyəyə aparıldıXəbər verdiyimiz kimi, ötən həftə 64 yaşlı Ramiz Manafov adlı vətəndaş Azneft meydanında "Bank Respublika"nın qarşısında üstünə benzin tökərək özünü yandırıb

Bədəninin 95%-i yanan Ramiz Manafov ilk olaraq Ə.Əliyev adına klinikanın yanıq şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəstənin vəziyyətinin olduqca ağırdır və o müalicə üçün Türkiyəyə getməlidir.

AZXEBER.COM məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, Ramiz Manafov hazırda Türkiyənin Bağçılar Xəstəxanasında müalicə alır. Xəstəxanadan verilən məlumata görə, Manafov reanimasiya şöbəsindədir və vəziyyəti ağırdır. Onun ürəyi bir neçə dəfə dayansa da, həkimlər xəstəni həyata qaytara biliblər.

Daha bir məlumata görə isə xəstəninin bütün xərclərini bank öz üzərinə götürüb.

Xatırladaq ki, özünü yandıran şəxsin oğlu Nicat Manafov deyib ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra isə ödəyə bilməyib. Buna görə bank onlara evlərini əllərindən alacaqlarını bildirib. Bu günə kimi ödədikləri məbləği isə, hesablamayacaqlarını qeyd ediblər.