"İşsiz insanlarda ölüm riski 5 dəfə artıq olur" - Baş kardioloq
8-06-2017, 16:42
Oxunub: 2 696
"İşləməyən insanlarda depressiya nəticəsində qəfləti ölümlərin baş vermə riski 5 dəfə artıq olur"
"Report" xəbər verir ki, bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev deyib.
Onun sözlərinə görə, işləməyənlər arasında ürək xəstəlikləri daha çox müşahidə olunur:
"Belə insanlarda depressiya halları qəfləti ölümü 5 dəfə artırır. Kimsə işini itirdiyindən işsiz qalırsa, ya institut bitirib iş tapa bilmirsə, yaxud işsizlikdən ailə həyatı qura bilmirsə, bunların hamısı daxili gərginliklərin yaranmasına səbəb olur. Ona görə də işləməyən insanlar arasında ölüm nisbəti işləyənlərə görə daha çox olur".
Baş kardioloq bildirib ki, kardovaskulyar xəstəliklər (ürək və beyin xəstəlikləri) ümumi ölümlərin 60 faizini təşkil edir: "Bundan sonra onkologiya, travmatologiya və digər xəstəliklər üzrə ölümlər gəlir. Son zamanlar Azərbaycanda nevroloji problemlər, insultlar, beyin qan dövranı çatışmazlığı artır. Bütün xəstəliklərdə olduğu kimi, ürək-damar xəstəliklərində də genetika 4-5 faiz rol oynayır. Qadınlarda arterial hipertenziyanın yayılması daha çox olur. Onlarda 65 yaşından sonra ürəyin işemik xəstəliyi sürətlə artmağa başlayır və kişilərə nisbətən çox rast gəlinir. Kardovaskulyar xəstəliklər qadınlarda, xüsusilə də yaşlı qadınlar arasında müşahidə edilir. Əgər 52 faiz qadınlarda bu xəstəlik varsa, mövcud göstərici kişilərdə 48 faiz təşkil edir".
F.Quliyev qeyd edib ki, bu gün Azərbaycanda ürək qüsuru ilə doğulan uşaqların sayı artıb: "Çünki ölkədə qohumlar arasında evlilik çox yayılıb. Qohum evliliyinin nəticəsində müxtəlif xəstəliklərin genetik olaraq uşağa keçməsi təbiidir. Faizlərin artması düzgün diaqnozun qoyulması ilə əlaqəlidir. Ümumilikdə ürək xəstəliklərindən əziyyət çəkənlər Bakıda çoxluq təşkil edir. Çünki paytaxta daha çox urbanizasiya olanda ekoloji mühit daha çox çirklənir, emosional stress artır. Bunlar da yekunda ürək-damar xəstəliklərinin artmasına zəmin yaradır".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər